Sosial qayğıya ehtiyacı olan Yuxarı Əylis kənd sakini üçün fərdi ev tikilmişdir

Bu il Yuxarı Əylis kəndində aparılan quruculuq işləri zamanı sosial qayğıya ehtiyacı olan kənd tam orta məktəbinin müəllimi Əli Həsənov üçün fərdi ev tikilmişdir.

Bu il Yuxarı Əylis kəndində aparılan quruculuq işləri zamanı sosial qayğıya ehtiyacı olan kənd tam orta məktəbinin müəllimi Əli Həsənov üçün fərdi ev tikilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov evin orderini təqdim etmiş, yaradılan şəraitlə tanış olmuş, mənzillə təmin olunan ailəyə xoş günlər və firavan həyat arzulamışdır.

Əli Həsənov və ailə üzvləri yaradılan şəraitə, göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildirmişlər.

4 otaqdan və mətbəxdən ibarət olan evdə lazımi kommunal şərait yaradılmış, mebel dəstləri və məişət avadanlıqları qoyulmuşdur. Fərdi evin həyəti çəpərlənmiş, ətraf abadlaşdırılmış, içməli su xətti çəkilmişdir.

*   *   *

Yuxarı Əylisdə aparılan kompleks quruculuq-abadlıq işlərinin davamı kimi kənddə yeni məscid binası tikiləcəkdir.

Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə baxmış, məscid binasının müasir layihə əsasında tikilməsi barədə tapşırıq vermişdir.

Kənd ağsaqqalları demişlər ki, kənddə aparılan kompleks quruculuq işləri ilə yanaşı, növbəti ildə yeni məscid binasının tikilməsi muxtar respublikada mənəvi dəyərlərin qorunub saxlanmasına göstərilən böyük diqqət və qayğının daha bir ifadəsidir. Qeyd olunmuşdur ki, hər bir kəndin inkişafı, əslində, ölkəmizin inkişafı deməkdir. Bu gün muxtar respublikanın ən ucqar yaşayış məntəqələri belə, müasir görkəm almışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında