Çin Xalq Respublikası Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olan Azərbaycan ilə münasibətlərin genişlənməsində maraqlıdır

Azərbaycanın sürətli inkişafı və regionda lider dövlət olması Çin xalqını sevindirir. Çin Xalq Respublikası Cənubi Qafqaz regionunun bu cür inkişaf etmiş ölkəsi ilə münasibətlərin genişlənməsində maraqlıdır.

Azərbaycanın sürətli inkişafı və regionda lider dövlət olması Çin xalqını sevindirir. Çin Xalq Respublikası Cənubi Qafqaz regionunun bu cür inkişaf etmiş ölkəsi ilə münasibətlərin genişlənməsində maraqlıdır.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi sədrinin müavini Bay Liçen dekabrın 17-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə söyləmişdir. O demişdir ki, rəsmi Pekin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir və bu siyasət dəyişməyəcəkdir.

Oqtay Əsədov Azərbaycan-Çin əlaqələrinin daim inkişaf etdiyini vurğulamış, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yaxşı hüquqi baza olduğunu qeyd etmişdir.

Bildirilmişdir ki, Azərbaycan Çin ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır və bu siyasət bundan sonra da davam edəcəkdir.

Milli Məclisin sədri Azərbaycanın iqtisadi inkişafından söz açmış, Cənubi Qafqazda istehsal olunan ümumi daxili məhsulun 80 faizinin Azərbaycanın payına düşdüyünü bildirmişdir. Qeyd etmişdir ki, indi Azərbaycan regionda həyata keçirilən iqtisadi layihələrin həm birbaşa təşəbbüskarı, həm də iştirakçısıdır. Bu da Azərbaycanın təkcə regionda deyil, bütün dünyada nüfuzunun artmasına xidmət edir.

Azərbaycan-Çin əlaqələrinin dərin köklərinin olduğunu vurğulayan Bay Liçen ölkəmizin sürətli inkişafından məmnunluqla söz açmış, Bakının dünyanın gözəl şəhərlərindən birinə çevrildiyini xüsusi qeyd etmişdir. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Çinin mövqeyinin birmənalı olduğunu və ölkəsinin bundan sonra da Azərbaycanı dəstəkləyəcəyini söyləmişdir.

O demişdir ki, Çin 30 il əvvəl xarici sərmayəçiləri dəvət edirdi. İndi isə özü xarici ölkələrə investisiya qoyur. Azərbaycan isə qısa bir zamanda çox böyük sürətli inkişaf yolu keçmiş və hazırda özü xarici ölkələrin iqtisadiyyatına sərmayə qoyan ölkəyə çevrilmişdir.

Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, siyasi, iqtisadi-ticari, humanitar və digər sahələrdə əməkdaşlıq, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında