Naxçıvan Muxtar Respublikası Ali Məclisində medal və fəxri adların döş nişanlarının təqdimat mərasimi

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Tərəqqi” medalının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilmişdir.

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Tərəqqi” medalının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təltif olunanları dövlətimizin yüksək mükafatlarına layiq görülmələri münasibəti ilə təbrik edərək demişdir: “Ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində başa çatmaqda olan 2012-ci ildə də ölkəmizdə sabitlik və sosial-iqtisadi inkişaf davam etmiş, bütün sahələrdə nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərin qazanılmasında fərqlənənlərin əməyi dövlətimiz tərəfindən qiymətləndirilmiş, onlar müxtəlif fəxri adlarla, orden və medallarla təltif olunmuşlar. 2012-ci ildə muxtar respublikada öz əməkləri ilə fərqlənənlərin 7-si Prezident mükafatına, 56-sı Azərbaycan Respublikasının medallarına, 7 nəfər Azərbaycan Respublikasının, 19 nəfər isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüşdür. Bu il muxtar respublikanın 3 məktəbi Azərbaycanda ən yaxşı ümumtəhsil müəssisəsi, 5 müəllim isə ən yaxşı müəllim adına layiq görülmüş və mükafatlandırılmışlar. Bu gün təltif olunanlar da müxtəlif sahələri təmsil edirlər. Bu da onu göstərir ki, ölkəmizin inkişafı bütün sahələri əhatə edir”.

Ali Məclisin sədri demişdir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının, bütün sahələrdə əldə olunan uğurların təməlində insan zəhməti və fədakarlığı dayanır. Ölkəmizdə uğurların qazanılmasında iştirak edənlərin əməyinin qiymətləndirilməsi isə mövcud inkişaf və sabitliyin bəhrələridir. Əgər hər hansı ölkədə sabitlik yoxdursa, iqtisadi inkişaf da ola bilməz. Sosial-iqtisadi inkişaf yoxdursa, deməli, insanların fədakarlığının, onların əməklərinin qiymətləndirilməsi də mümkün olmayacaqdır. Ölkəmizdəki sabitlik, sosial-iqtisadi inkişaf və bu inkişafa insanlarımızın verdiyi töhfələr bir-birini tamamlayır.

“Azərbaycanın dövlət siyasətinin əsas meyarı insan amilinə verilən qiymətlə bağlıdır”, – deyən Ali Məclisin sədri bildirmişdir ki, təltif olunanlara dövlətimizin göstərdiyi qayğı da insanlarımızın zəhmət və fədakarlığına verilən yüksək qiymətin ifadəsidir. Dövlətimizin qayğısının müqabilində hər birimizin məqsəd və məramı müstəqil Azərbaycanın gələcək inkişafı və çiçəklənməsi naminə daha səylə çalışmaqdan ibarət olmalıdır. Bütün bunlar ölkəmizin inkişafının davamlılığına və sabitliyin qorunmasına təminat verəcək, əməyə, Vətənə məhəbbət hissinin yüksəldilməsinə şərait yaradacaq, daha böyük uğurların qazanılmasını şərtləndirəcəkdir.

Sonra Ali Məclisin sədri “Tərəqqi” medalının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini sahiblərinə təqdim etmişdir.

Təltif olunanlardan Yaqut Hüseynova, Məhərrəm Qurbanov, Gülyanaq Fərzəliyeva, Hünər Əliyev, Əminə Əsgərova, Sədaqət Mahmudov, Sarvan İbrahimov, Mehdi Hüseynəliyev, Asəf Tağıyev, Mirhəsən Seyidov, Sadəddin Talıbov və başqaları əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, son 17 ildə muxtar respublikada ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində hərtərəfli inkişafa nail olunmuş, əhalinin rifah halı yüksəlmiş, insanların qurub-yaratmaq əzmi artmışdır. Təltif olunanlar bundan sonra da ölkəmizin, o cümlədən muxtar respublikamızın  inkişafı və tərəqqisi yolunda çalışacaqlarını bildirmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında