Mübariz QURBANLI: “Freedom House” kimi təşkilatlar yerlərdə araşdırma aparmadan yanlış və qərəzli hesabatlar hazırlayır”

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) “Freedom House” təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını birtərəfli, qərəzli hesab edir.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) “Freedom House” təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını birtərəfli, qərəzli hesab edir.

 YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Trend-ə açıqlamasında demişdir:"Mən neçə illərdir ki, “Freedom House”un hesabatlarını təhlil edirəm. Ümumi gəldiyim nəticə ondan ibarətdir ki, “Freedom House”da çalışanlarda bir islamofobiya, xəstəlik var, eyni zamanda, onlar ayrı-ayrı qurumların, təşkilatların təsiri altında fəaliyyət göstərir, Azərbaycana, o cümlədən müsəlman ölkələrinə qarşı qərəzli mövqedən çıxış edərək bu cür hesabatlar hazırlayırlar”.

M.Qurbanlının sözlərinə görə, bu hesabatla ətraflı tanış olduqda aydın olur ki, orada media azadlığı, internet azadlığı, sərbəst toplaşma azadlığı və bu kimi məsələlərlə əlaqədar deyilənlər tamamilə cəfəngiyatdır:"Azərbaycan bu sahədə heç bir problemlə üz-üzə deyil, Azərbaycanda azad, demokratik mühit var və “Freedom House”un hesabatının da hansı mənbələrə istinad edilərək hazırlandığı bəlli deyil”.

Millət vəkili bildirmişdir ki, bu onu göstərir ki, “Freedom House” kimi təşkilatlar yalnız radikal yönlü müxalifətin yaydığı məlumatlara, dedi-qodu xarakterli məlumatlara, şayiələrə istinad edir, yerlərdə hər hansı araşdırma aparmadan bu cür yanlış və qərəzli hesabatlar hazırlayır: “Biz bu hesabatları, bu cür yanaşmanı qəbul etmirik və Ermənistan kimi faşist bir rejimin Azərbaycandan üstün göstərilməsini isə bütovlükdə anormal bir hal hesab edirik. Yəni anormal hal ola bilərdi ki, Ermənistan kimi faşistləşmiş, təcavüskar, öz xalqına da zülm edən bir rejim gəlib demokratiya sahəsində Azərbaycan ilə müqayisədə qabağa keçmiş olsun”.

Millət vəkilinin sözlərinə görə, bu onu göstərir ki, burada erməni lobbisinin əli var və bu da təbii ki, Azərbaycana qarşı bu cür qeyri-obyektiv sənədlərin meydana gəlməsinə gətirib çıxarır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında