Sahibə QAFAROVA: “Freedom House” bəzi güc mərkəzlərinin, islamafob dairələrin əlində alətdir”

“Əsl vəzifəsi dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyərlərin qorunması vəziyyətini araşdırmaq olan “Freedom House” təşkilatı çox təəssüf ki, hazırda bu missiyasından tamamilə uzaqlaşıb.

 “Əsl vəzifəsi dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyərlərin qorunması vəziyyətini araşdırmaq olan “Freedom House” təşkilatı çox təəssüf ki, hazırda bu missiyasından tamamilə uzaqlaşıb. Təşkilat bir sıra güc mərkəzlərinin, islamafob dairələrin əlində vasitə, alət rolunu oynayır və onların maraqlarının ifadəçisi qismində çıxış edir”.  

Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova deyib. Onun sözlərinə görə, “Freedom House”un sonuncu hesabatı da bu təşkilatın nə qədər qərəzli, qeyri-obyektiv fəaliyyət göstərdiyini ortaya qoyub. Millət vəkili deyib ki, “Freedom House”un reallıqlara qeyri-adekvat münasibət bildirdiyini, faktları təhrif etdiyini və subyektiv yanaşdığını təkcə Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe sübut etmir. Ümumiyyətlə, təşkilatın ayrı-ayrı dövlətlərdə baş verənlərə yanaşması onun ikili standartdan çıxış etdiyini göstərir:“Məsələn, hesabatda terrorçu rejimin rəhbərlik etdiyi Ermənistan dövləti “qismən azad” ölkə kimi qiymətləndirilir.

Amma bu zaman Ermənistanda hökm sürən daxili siyasi durumun hansı səviyyədə olduğu nəzərə alınmır. Və ya işğalçı ölkədə müxtəlif zaman kəsiklərində baş tutan seçkilərdə etirazçıların, müxalifət nümayəndələrinin hətta güllələnməsi, onların qatillərinin bu gün azadlıqda olması kimi məqamlar niyə “Freedom House”un yadından çıxır? Təşkilatın qiymətləndirmə kriteriyalarına və meyarlarına yüksək səviyyədə cavab verən Azərbaycan hansı əsasla tənqid olunur? Hesabatda qeyd olunur ki, guya Azərbaycanda internet azad deyil. Onlar bu qənaətə necə gəliblər, bu, bəlli deyil. Bu gün Azərbaycanda internet istifadəçilərinin sayı əhalinin 65 faizini əhatə edir. Ölkənin hər bir bölgəsində, hətta ən ucqar kəndlərdə belə internet xətləri çəkilib və vətəndaşların internetə çıxış imkanı yardılıb. İstənilən vətəndaş internet resurslarından istifadə etməkdə sərbəstdir, sosial şəbəkələrə heç bir məhdudiyyət qoyulmayıb. Belə olan halda, hansı məhdudiyyətdən, internetin qeyri-azad olmasından danışmaq olar? Bu gün Azərbaycanda tamamilə azad cəmiyyət formalaşıb, hüququn üstünlüyü prinsipi təmin olunub, dövlət qanunlarla idarə olunur.

Görünür, “Freedom House” təşkilatı başqa dövlətlərdə müşahidə etdiklərini Azərbaycanın adına yazır. Adicə Ermənistanla Azərbaycana münasibətdə sərgilənən mövqe “Freedom House”un öz fəaliyyətində demokratik prinsipləri və meyarları deyil, konkret sifariş və maraqları əsas tutduğunu ortaya qoyur. Bu təşkilat, konkret qüvvələrin tapşırıqlarını icra edir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında