Azərbaycan elektron parlament modelinin təməlini qoymuşdur

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox sürətli inkişaf yolu keçmişdir. Milli Məclisin inzibati binasına baxmaqla da bunu hiss etmək olar. Burada deputatlar üçün işləməyə hər cür şərait yaradılmışdır. Azərbaycan parlamenti təkcə Avropanın deyil, dünyanın ən gözəl parlamentlərindən biridir. İnamla demək olar ki, Azərbaycan elektron parlament modelinin təməlini qoymuşdur. Bu sözləri Azərbaycanda səfərdə olan Albaniya parlamentinin sədri Jozefina Topalli iyunun 29-da Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə söyləmişdir.
Oqtay Əsədov qonağı səmimiyyətlə salamlamış, Milli Məclisin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir. Albaniya parlamentinin sədri ilə AŞPA- ya üzv ölkələrin parlament sədrlərinin Kiprdə keçirilmiş toplantısı çərçivəsində, eləcə də Tallinndə və Strasburqda keçirdiyi görüşlərini məmnunluqla xatırlatmışdır.
O.Əsədov bildirmişdir ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq münasibətlərinin çox qədim tarixi vardır. Əlaqələrimiz bu gün hərtərəfli inkişaf edir. Əməkdaşlığımızın daha da genişlənməsində, əlaqələrimizin dərinləşməsində dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Dövlət və hökumət başçılarımızın, parlament rəhbərlərinin, eləcə də deputatlarımızın qarşılıqlı səfərləri, aparılan danışıqlar əməkdaşlığımızın möhkəmlənməsində mühüm rol oynayır. İnanırıq ki, sizin bu səfəriniz də təkcə parlamentlərimiz deyil, bütün sahələrdə əlaqələrimizin inkişafına təkan verəcəkdir. Jozefina Topalli onu Azərbaycana səfərə dəvət etdiyinə və göstərilən qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirmişdir. Qonaq demişdir ki, Azərbaycan sürətlə inkişaf edir, infrastruktur yeniləşir, müasir texnologiya geniş tətbiq olunur. Bu sizin ölkənin xoşbəxt gələcəyindən xəbər verir. Görüşdə, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, deputatlarımızın qarşılıqlı səfərlərinin sayının artırılmasının, qanunvericilik sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanmışdır.
Albaniya parlamentinin sədri Milli Məclisin inzibati binası, iclas zalı ilə tanış olmuş, Heydər Əliyev Xatirə muzeyinə baxmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında