Azərbaycan-İsveçrə əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur

Dekabrın 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İsveçrə Konfederasiyasının xarici işlər nazirinin müavini və dövlət katibi İv Rosyerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Dekabrın 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İsveçrə Konfederasiyasının xarici işlər nazirinin müavini və dövlət katibi İv Rosyerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və İsveçrə arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq bildirilmiş, ölkələrimizin hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyi vurğulanmışdır.

Nazir Elmar Məmmədyarov regional enerji layihələri haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verən Elmar Məmmədyarov mövcud status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulamışdır. Qeyd edilmişdir ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması zəruridir. Bildirilmişdir ki, danışıqlar danışıq xatirinə deyil, konkret nəticənin əldə olunması üçün aparılmalıdır. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması münaqişənin həlli üçün geniş imkanlar yaradacaqdır.

Münaqişənin dondurulmuş olmadığını deyən nazir regionda sülhün təmin olunması üçün məsələnin həlli istiqamətində ciddi tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd etmişdir.

Görüşdə, həmçinin etimad tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin təşkilinin vacibliyi qeyd edilmiş, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğu xüsusi vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında