ABŞ rəsmiləri Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarına və terrorizmə qarşı mübarizəyə verdiyi dəstəyi yüksək qiymətləndirirlər

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melianın başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti dekabrın 11-də Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovla görüşmüşdür.

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melianın başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti dekabrın 11-də Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovla görüşmüşdür.

Z.Əsgərov demişdir ki, Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərin möhkəmlənməsində maraqlıdır və qarşılıqlı səfərlər əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir. Bu gün ABŞ ilə Azərbaycan strateji tərəfdaşdırlar. Biz həm terrorizmə qarşı mübarizədə, həm də beynəlxalq sülhyaratma proseslərində birgə əməkdaşlıq edirik. Azərbaycan sülhməramlıları Əfqanıstan, İraq və Kosovada sülhün və təhlükəsizliyin təmin olunmasında öz sözünü demişdir.

Azərbaycanın terrordan daha çox əziyyət çəkən ölkə olduğunu vurğulayan Milli Məclis sədrinin birinci müavini Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti, terror aksiyaları, soyqırımları barədə ətraflı məlumat vermişdir.

Sonra Ziyafət Əsgərov qonaqları parlamentin fəaliyyəti, strukturu, beynəlxalq əlaqələri, ölkəmizin hüquqi bazası haqqında məlumatlandırmışdır.

Tomas O.Melia Azərbaycanın Kosovo, Əfqanıstan və İraqda NATO qüvvələri tərkibində sülhyaratma əməliyyatlarına və beynəlxalq terrorizmə qarşı mübarizəyə verdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirmişdir. O demişdir ki, Amerika Birləşmiş Ştatları da Azərbaycan ilə münasibətlərin dərinləşməsində maraqlıdır. Azərbaycana gəlmiş nümayəndə heyətinin ABŞ-ın müxtəlif dairələrini təmsil etmələri də bunu sübut edir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişaf perspektivləri, enerji məsələləri, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində birgə əməkdaşlıq, qanunverici orqanlar arasında əlaqələrin, təcrübə mübadiləsinin genişlənməsində dostluq qruplarının rolu və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında