Rusiyalı ekspert Viktor LİTOVKİN: “Qəbələ RLS-lə bağlı verilən qərardan sonra Azərbaycan-Rusiya münasibətlərinin korlanacağına inanmıram”

“Armavirdəki stansiyada texniki problem yaransa, Rusiya cənub sahəsinə nəzarət edə bilməyəcək”

“Armavirdəki stansiyada texniki problem yaransa, Rusiya cənub sahəsinə nəzarət edə bilməyəcək”

“İnanmıram ki, Qəbələ RLS-lə bağlı verilən qərardan sonra Azərbaycan-Rusiya münasibətləri korlansın və ya Rusiya Azərbaycana hər hansı bir demarş etsin”. Bu açıqlamanı APA-nın Moskva müxbirinə tanınmış hərbi ekspert, “Nezavisimoe voennoe obozrenie” qəzetinin baş redaktoru Viktor Litovkin verib.

Onun sözlərinə görə, qonşular arasında hər zaman problemlər yarana bilər: “Sözsüz ki, münasibətlərdə bir qədər durğunluq olacaq. Lakin zaman keçdikcə, ikitərəfli münasibətlərin inkişafı nəticəsində hər şey öz yoluna qoyulacaq. Çünki, başqa cür ola da bilməz. Rusiya və Azərbaycan qonşudurlar”.

Rusiyalı hərbi ekspert Qəbələ RLS-in Rusiya üçün əslində itki olduğunu söyləyib: “Təəssüflər olsun ki, stansiyanın icarə müddətinin uzadılması ilə bağlı Rusiya ilə Azərbaycan arasında gedən danışıqlarda razılıq əldə olunmadı. Prinsipcə, Rusiya Qəbələ RLS olmadan da keçinə bilər. Bildiyiniz kimi, Armavirdə Qəbələ RLS-dən daha güclü, daha müasir texnika ilə təchiz olunmuş stansiya fəaliyyət göstərir və bu ilin sonuna kimi həmin stansiya dövlət sınağından keçiriləcək. Lakin o da məlumdur ki, hər bir texnika müəyyən müddətdə profilaktika keçirməlidir. Bu zaman həmin texnika müvəqqəti fəaliyyətini dayandırmalı olur. O zaman isə onun işini görə bilən başqa texnika işə düşməlidir. Armavirdəki RLS-də profilaktika müddətində onun gördüyü işi mütləq Qəbələ RLS yerinə yetirməli idi. Eyni zamanda, Qəbələ RLS-də profilaktika işləri aparılan zaman Armavirdəki stansiya bu işi kompensasiya edəcəkdi. Bu səbəbdən Qəbələ RLS Rusiya üçün vacib idi. Çünki, Armavirdəki stansiyada texniki problem yaransa, Rusiya cənub sahəsinə nəzarət edə bilməyəcək, yəni, cənubdan gələn təhlükəni görə bilməyəcək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında