Moskvada MDB üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının 63-cü iclası açılmışdır

Moskvada MDB üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının 63-cü iclası açılmışdır. İclasın işində Azərbaycanın müdafiə naziri Səfər Əbiyev də iştirak edir.

Moskvada MDB üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının 63-cü iclası açılmışdır. İclasın işində Azərbaycanın müdafiə naziri Səfər Əbiyev də iştirak edir.

İclasın əvvəlində RF müdafiə naziri Sergey Şoyqu yekdilliklə şuranın sədri vəzifəsinə seçilmişdir. Onun namizədliyini azərbaycanlı həmkarı Səfər Əbiyev təklif etmişdir. S.Əbiyevin sözlərinə görə, Sergey Şoyqu çox zəngin iş təcrübəsinə malikdir, o, uzun müddət Rusiyanın siyasi həyatında iştirak etmişdir. Səfər Əbiyev demişdir: “Hesab edirəm ki, bu cür təcrübəli siyasətçi və rəhbər MDB Müdafiə Nazirləri Şurasının sədri vəzifəsinə seçilməyə layiqdir”.

İclasda MDB üzvü olan doqquz dövlətin müdafiə nazirliklərinin nümayəndə heyətləri Birlik ölkələrinin hərbi sahədə çoxtərəfli qarşılıqlı fəaliyyətinin müxtəlif istiqamətlərinə aid təxminən 27 məsələni müzakirə edəcəklər.

İclas iştirakçıları MDB Müdafiə Nazirləri Şurasının işçi orqanlarının 2012-ci ildəki fəaliyyətinin yekunlarını təhlil edəcək və növbəti il üçün iş planını təsdiq edəcəklər. O cümlədən, vahid dövlət radiolokasiya tanıma sisteminin inkişafı konsepsiyasının layihəsi müzakirə olunacaq, MDB çərçivəsində radiasiya, kimyəvi və bioloji şərait barədə informasiya mübadiləsi məsələlərinə baxılacaqdır. Müdafiə nazirləri iclasda Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümünün təntənəli şəkildə qeyd edilməsinə hazırlıq məsələlərini ayrıca müzakirə edəcəklər. Bundan əlavə, həmin yubiley münasibətilə təltif nişanlarının layihələri hazırlanacaq, sonra həmin layihələr MDB Dövlət Başçıları Şurasına təqdim ediləcəkdir.

İclasda Səfər Əbiyevin ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında