Mübariz QURBANLI:Siyasi partiyalar büdcədən ayrılan vəsaiti partiyanın inkişafına və cəmiyyət üçün faydalı olan məsələlərə sərf etməlidirlər

Azərbaycanda siyasi partiyalara dövlət maliyyəsinin ayrılması çox təqdirəlayiq haldır.

Azərbaycanda siyasi partiyalara dövlət maliyyəsinin ayrılması çox təqdirəlayiq haldır. Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı demişdir.

“Ümumiyyətlə, partiyaların dövlət büdcəsindən maliyyə alması təcrübəsi başqa ölkələrdə də var. Azərbaycanın da sosial-iqtisadi imkanlarının artması siyasi partiyalara dövlət büdcəsindən yardım ayrılmasına imkan verib”, - deyə Mübariz Qurbanlı əlavə etmişdir.

Millət vəkili bildirmişdir ki, dövlət büdcəsindən ayrılan 2,5 milyon manat vəsait siyasi partiyaların inkişafına dəstək verəcək. Bu maliyyə partiyaların cari xərclərinə sərf olunacaq. Onun sözlərinə görə, müvafiq qanunvericilik siyasi partiyaların maliyyə mənbələrini göstərir. Bura dövlət yardımı ilə yanaşı, üzvlük haqları, müxtəlif mənbələrdən alınan ianələr və s. daxildir.

“Bu baxımdan, büdcədən ayrılan vəsait heç də üzvlük haqlarının toplanmasını dayandırmayacaq. Dövlətin ayırdığı yardım indiki şəraitdə siyasi partiyaların bəzi cari xərclərini ödəmək üçün də istifadə olunacaq. Bu vəsait partiyaların fəaliyyətinə, təşkilatlanmasına və inkişafına kömək göstərəcək. YAP ölkəmizin ən aparıcı partiyası kimi özünün maliyyə xərclərini ödəməyə qadirdir. Partiyamız dövlət vəsaitini isə qanunvericiliyə uyğun şəkildə istifadə edəcək. Hesab edirəm ki, digər siyasi partiyalar da büdcədən ayrılan vəsaitdən özlərinin inkişafı ilə yanaşı, cəmiyyət üçün faydalı olan məsələlərə də sərf etməlidirlər” - deyəYAP icra katibinin müavini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında