Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi qırğız və rus dillərində kitab şəklində nəşr olunacaqdır

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin elmi ictimaiyyət üçün olduqca maraqlı, eyni zamanda, geniş əks-səda doğuran “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” sərlövhəli məqaləsi Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə qırğız və rus dillərində kitab şəklində nəşr olunacaqdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin elmi ictimaiyyət üçün olduqca maraqlı, eyni zamanda, geniş əks-səda doğuran “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” sərlövhəli məqaləsi Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə qırğız və rus dillərində kitab şəklində nəşr olunacaqdır.

Son vaxtlar bəzi mətbuat orqanlarında Azərbaycana qarşı təxribatların, milli tariximizin saxtalaşdırılmasına yönəlmiş məlumatların sayı artmışdır. Bu baxımdan akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” elmi məqaləsi vaxtında yazılmışdır.

Akademik Ramiz Mehdiyevin Azərbaycanın dövlətçilik tarixi, elmi, ictimai-siyasi məfkurəsi ilə bağlı yazdığı bu məqalə elmi dəlillərin və faktların zənginliyi, obyektivliyi ilə diqqəti cəlb edir.  

Dərin elmi məzmunlu, vətənpərvər ruhlu “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinin qırğız oxucularının da marağına səbəb olacağı nəzərə alınaraq Bişkekdə fəaliyyət göstərən  Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu onu qırğız dilinə tərcümə etdirmişdir. Məqaləni qırğız dilinə tanınmış şair və tərcüməçi Mukan Asanaliyev çevirmişdir.

Mukan Asanaliyev Azərbaycan oxucularına yaxşı tanışdır. Akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü”, Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması (3 dildə: qırğız, rus və ingilis dillərində), Mir Cəlalın “Seçilmiş əsərləri” üçcildliyi, Adil Cəmilin “Manas eposu və türk dastançılıq ənənələri” monoqrafiyası və başqa əsərlər M.Asanaliyevin tərcüməsində qırğız oxucularına çatdırılmışdır.

Bundan başqa, hazırda fond məqalənin aktuallığını nəzərə alaraq Qırğızıstandakı  bir sıra informasiya agentliklərinin saytlarında də yerləşdirilməsi üçün danışıqlar aparır. Bunların arasında Qırğızıstanın “Kabar” dövlət informasiya agentliyi də vardır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında