Azərbaycanın xarici işlər naziri İrlandiyada ATƏT-in Parlament Assambleyasının prezidenti ilə görüşmüşdür

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrlandiyaya səfəri çərçivəsində ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Rikardo Milliori ilə görüşmüşdür.

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrlandiyaya səfəri çərçivəsində ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Rikardo Milliori ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə R.Milliori ATƏT PA-nın fəaliyyəti barədə məlumat vermiş və Azərbaycanın bu qurumdakı nümayəndə heyəti ilə əməkdaşlıqdan məmnun olduğunu vurğulamışdır. R.Milliori Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlərin nümayəndələrinin görüşünün təşkilini təklif etmişdir.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə məlumat vermişdir. Nazir bu problemin həlli üçün ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlərin səylərinin artırılmasının səmərəli olacağını vurğulamışdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında