Bakıda GUAM PA-nın beşinci iclası keçiriləcəkdir

Dekabrın 19-20-də Bakıda GUAM Parlament Assambleyasının növbəti, beşinci iclası keçiriləcəkdir.

 

Dekabrın 19-20-də Bakıda GUAM Parlament Assambleyasının növbəti, beşinci iclası keçiriləcəkdir.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbir qonaqların sayı baxımından təşkilatın tarixində ən geniş tərkibli iclas olacaqdır. Belə ki, iclasda quruma üzv olan Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna nümayəndə heyətləri ilə yanaşı, Baltik Assambleyasının, Benilüks Parlamentinin, Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesinin Parlament Ölçüsünün və Vişeqrad qrupu ölkələrinin nümayəndələri, o cümlədən TürkPA-nın təmsilçisi qonaq qismində iştirak edəcəklər. Toplantıya ölkəmizin bir sıra nazirliklərinin, Milli Elmlər Akademiyasının və Bakıda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri də dəvət olunmuşlar.

GUAM PA-nın beşinci iclasında quruma üzv dövlətlərdə avrointeqrasiya prosesləri, “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə ediləcəkdir.

Qurumun son illər regional parlamentlərarası təşkilatlarda həyata keçirdiyi faydalı əməkdaşlıq ölkəmiz üçün də böyük əhəmiyyət kəsb edir.  Belə ki, Azərbaycan nümayəndə heyətinin apardığı milli maraqlara söykənən uğurlu parlament diplomatiyası sayəsində Baltik Assambleyası Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təkliflərə dair bəyannamə qəbul etmişdir. Deputatlarımızın təşkilatdakı fəaliyyəti diqqətdən kənarda qalmamış, nümayəndə heyətimizin rəhbəri Elton Məmmədov  və deputat Əli Məsimli GUAM PA ilə Baltik Assambleyası arasında  əlaqələrin inkişafındakı roluna görə Baltik Assambleyasının medalları ilə təltif olunmuşlar.

GUAM PA-nın nüfuzlu beynəlxalq qurumlarla əlaqələri günbəgün dərinləşməkdədir. Təşkilatın Bakıda keçiriləcək iclasında Benilüks Parlamenti prezidentinin gözlənilən iştirakı bu qurumun GUAM PA-ya verdiyi əhəmiyyətin göstəricisidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında