Azərbaycan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında Ermənistan xarici işlər nazirinin ittihamlarına cavab vermişdir

Azərbaycan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması barədə çıxışına cavab vermişdir.

 

Azərbaycan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması barədə çıxışına cavab vermişdir.

AzərTAc xəbər verir ki, bütün ölkələrin nümayəndələrinin çıxışlarından sonra Azərbaycan Ermənistan XİN başçısının çıxışına cavab vermək hüququndan istifadə etmişdir.

Azərbaycanın ATƏT-dəki nümayəndəsi səfir Qalib İsrafilov demişdir: “Təəssüf ki, ATƏT bir daha Ermənistan tərəfinin Azərbaycana qarşı ittihamlarının şahidi oldu. E.Nalbandyan öz çıxışında Azərbaycanı ittiham etdi, amma onun bu çıxışında münaqişənin həlli üçün Ermənistanın hansı addımlar atdığı, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış ağır vəziyyətdən qurtarmağa onun hansı cəhdlər göstərdiyi barədə məlumat azdır”.

Səfir demişdir: “Zənnimcə, XİN başçısının bəyanatında yeganə maraqlı element bu fakt oldu ki, Ermənistan münaqişənin həllində həmsədrlərin mövqeyi ilə razıdır. Bu fikir səmimidirsə, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan qarşısında daim irəli sürdükləri başlıca tələb Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasıdır”.

Diplomat qeyd etmişdir ki, Ermənistan buna nə qədər tez əməl etsə, bir o qədər tez qarşılıqlı anlaşma və dinc əməkdaşlıq əldə etmək mümkün olacaqdır.

Xatırladaq ki, dekabrın 7-də Dublində Ermənistan XİN-in başçısı Azərbaycanı ittiham etmişdir ki, guya o, ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərini rədd edir və bununla da münaqişənin həllini uzadır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında