Azərbaycan parlamentinin yaranmasının 94-cü ildönümü Vaşinqtonda təntənəli şəkildə qeyd olunmuşdur

Azərbaycan parlamentinin yaranmasının 94-cü ildönümü münasibətilə Vaşinqtonda təntənəli tədbir keçirilmişdir.

 

Azərbaycan parlamentinin yaranmasının 94-cü ildönümü münasibətilə Vaşinqtonda təntənəli tədbir keçirilmişdir.  Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının və Senatın üzvləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov, Milli Məclisin deputatı Asim Mollazadə tədbirdə iştirak etmişlər.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirdə çıxış edərək ölkəmizdə parlamentarizmin tarixindən danışmış, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qısa müddətdə mövcud olmasına baxmayaraq, böyük uğurlar qazandığını söyləmişdir. Diplomat Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan söhbət açmış, ölkəmizin regionun və Avropanın enerji təhlükəsizliyində rolunu diqqətə çatdırmışdır.

Konqresin Montanadan üzvü Deni Reberq Azərbaycan ilə həm federal, həm də ştatlar səviyyəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu söyləmiş, ikitərəfli əlaqələrin daha da dərinləşməsinin qarşılıqlı fayda verəcəyinə əminliyini bildirmişdir.

İndiana ştatını təmsil edən Dan Börton isə Azərbaycanın yerləşdiyi regionun geosiyasi reallıqlarının nəzərə alınmasının vacibliyini qeyd etmişdir. Azərbaycanda bir neçə dəfə olduğunu deyən D.Börton ölkəmizə səfər etməyi həmkarlarına da məsləhət görmüşdür.

 

Parlamentin Ohayo ştatından üzvü Cin Şmidt terrorçuluqla mübarizədə, eləcə də beynəlxalq sülh və təhlükəsizliyin təminində Azərbaycanı ABŞ-ın ən yaxın və strateji müttəfiqi adlandırmış, ölkəmizin təşəbbüsü ilə regionda reallaşdırılan enerji, infrastruktur layihələrinin rəsmi Vaşinqtonun maraqları ilə üst-üstə düşdüyünü bildirmişdir. O, ABŞ hökuməti tərəfindən Azərbaycana siyasi dəstəyin verilməsinin zəruriliyini vurğulamışdır.

Minnesota və Pensilvaniyadan olan senatorlar Al Franken və Bob Kasi Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinin hazırkı vəziyyətindən danışmış, ölkəmizin strateji baxımdan əhəmiyyətini qeyd etmişlər. Senatorlar Azərbaycanın bu gün regionda əsas söz sahibi olduğunu vurğulamış, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində rolunu, terrorçuluqla mübarizədə fəal iştirakını yüksək qiymətləndirmişlər.

Konqresin Texasdan üzvü Şeyla Cekson Li Azərbaycan ilə Texas ştatı arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmişdir.

Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycanda parlament demokratiyasının 94 il əvvəl təşəkkül tapmasından qürur duyduğunu bildirmişdir. O, ictimai diplomatiyanın artan nüfuzunu nəzərə alaraq, parlament qruplarının qarşılıqlı səfərlərinin təşkilinin faydalı olacağını qeyd etmişdir.

Sonda Şeyla Cekson Li Nümayəndələr Palatası adından Azərbaycanda parlamentinin yaradılmasının 94-cü ildönümünə və ikitərəfli əlaqələrin uğurlu inkişafına həsr olunmuş şərəf lövhəsini Azərbaycan nümayəndə heyətinə təqdim etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında