Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yalnız hər iki tərəfin siyasi əzmi sayəsində həll etmək mümkündür

Azərbaycan Cənubi Qafqaz regionunda sabit iqtisadi və təhlükəsiz şərait yaradılması istiqamətində səylərini davam etdirir.

Azərbaycan Cənubi Qafqaz regionunda sabit iqtisadi və təhlükəsiz şərait yaradılması istiqamətində səylərini davam etdirir. Bu fikir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Amerikada çıxan “Wall Street Journal” qəzetində dərc edilmiş “Möhkəm sülhün təmin edilməsi” sərlövhəli məqaləsinin ana xəttidir.

Azərbaycanlı diplomat vurğulamışdır: “Biz Azərbaycan ərazisinin bölünməsini qəbul etməyəcəyik. Bizim ərazi bütövlüyümüzə beynəlxalq hüquq çərçivəsində hörmət edilməlidir”.

Nazir xatırlatmışdır ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağıran dörd qətnamə qəbul etmişdir.

Məqalədə deyilir: “Erməni qoşunları dərhal və tamamilə çıxarılmalıdır”.

E.Məmmədyarov xüsusi qeyd etmişdir ki, Azərbaycan tərəfi yetərincə çevikdir və əgər bu iki şərtə əməl edilərsə, sülh prosesinə dair istənilən planı dəstəkləməyə hazırdır. “Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yalnız hər iki tərəfin siyasi əzmi sayəsində həll edə bilərik”, - deyən xarici siyasət idarəsinin başçısı onu da əlavə etmişdir ki, Azərbaycan bu münaqişənin tənzimlənməsi məsələsində lazımi əzmkarlığa malikdir.

Nazir vurğulamışdır ki, Azərbaycan münaqişənin dərhal tənzimlənməsinə tərəfdardır. Məqalədə deyilir: “Biz öz regionumuzda sabit iqtisadi və təhlükəsiz şərait yaradılması istiqamətində səylərimizi davam etdiririk.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında