Moskvada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçiriləcəkdir

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin iştirakı ilə dekabrın 12-də Moskvada zəmanəmizin görkəmli siyasi xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər ƏIiyevin xatirəsinə həsr olunmuş konfrans keçirəcəkdir.

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin iştirakı ilə dekabrın 12-də Moskvada zəmanəmizin görkəmli siyasi xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər ƏIiyevin xatirəsinə həsr olunmuş konfrans keçirəcəkdir. Bu barədə AzərTAc-a ÜAK-ın mətbuat xidmətindən bildirmişlər.

Ulu öndərlə bilavasitə ünsiyyətdə olmuş adamlar dahi liderin şərəfli həyat yolundan, onun dünya miqyaslı siyasi xadim və dövlət xadimi kimi istedadından, respublikamızın suverenliyinin və müstəqilliyinin möhkəmlənməsində əvəzsiz rolundan söhbət açacaqlar. Onların arasında Rusiya və Azərbaycan siyasətçiləri və diplomatları, ictimai xadimlər, mədəniyyət nümayəndələri olacaqdır. Dəvət edilən qonaqlar sırasında politoloq, Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov, yazıçı, Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini Çingiz Abdullayev, Rusiya Dövlət Duması Millətlərin İşləri üzrə Komitəsinin sədri Hacımet Safaraliyev, İTAR-TASS agentliyi baş direktorunun birinci müavini - şef-redaktor Mixail Qusman və başqaları vardır.

Konfransın proqramına ümummilli lider haqqında sənədli filmin nümayişi və Heydər Əliyev Fondunun arxivindən nadir fotoşəkillərdən ibarət sərgi daxildir.

Mətbuat üçün məlumatda bildirilmişdir ki, Heydər Əliyev böyük siyasi istedada və dövlət müdrikliyinə, sarsılmaz iradəyə malik bir insan idi. Onun adı tarixdə Azərbaycan dövlətçiliyinin qurucusu, respublikanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün müdafiəçisi kimi qalacaqdır. Heydər Əliyev Azərbaycan xalqının milli şüurunun oyanmasında, mədəniyyətinin və təhsilinin inkişafında, dünyanın bir çox ölkələrində yaşayan milyonlarla azərbaycanlının birləşməsində və təşkilatlanmasında əvəzsiz rol oynamışdır. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan xalqının dahi liderini “siyasət nəhəngi” və “Rusiyanın dostu” adlandırmışdır.

Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında