Metyu BRAYZA: “Bakıdakı səfirliyimiz daim terror təhdidi ilə üzləşsə də, Azərbaycan təhlükəsizlik orqanları ilə birlikdə bu təhlükələri sovuşdurmuşuq”

Sabiq səfir diplomatik nümayəndəliklərin təhlükəsizliyini lazımınca təmin etmədiyinə görə ABŞ Dövlət Departamentini sərt tənqid edib

Sabiq səfir diplomatik nümayəndəliklərin təhlükəsizliyini lazımınca təmin etmədiyinə görə ABŞ Dövlət Departamentini sərt tənqid edib

2011-2012 - ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışan Metyu Brayzanın “Wall Street Journall”da Bakıdakı səfirliyin təhlükəsizliyi ilə bağlı “Müdafiəsi zəifləmiş səfirlikdəki təcrübəm” (My Experience With Lax Embassy Security) adlı məqaləsi dərc olunub.

APA-nın qəzetin saytına istinadən verdiyi məlumata görə, Metyu Brayza məqalədə öncə ABŞ-ın Liviyadakı səfiri Kris Stivensin sentyabrın 11-də ABŞ-da çəkilən antiislam xarakterli filmə etiraz edən aksiya iştirakçıları tərəfindən öldürülməsini xatırladır: “Bu hadisədən əvvəl Kris Stivens səfirliyin müdafiəsinin gücləndirilməsi ilə bağlı bir dəfə Liviya rəsmilərinə, bir dəfə isə ABŞ Dövlət Departamentinə müraciət edib. Lakin onun istəyi yerinə yetirilməyib. Azərbaycanda səfir olduğum müddətdə səfirliyimiz daim terror təhlükələri ilə üzləşirdi. Terrorçular İsrail və ABŞ diplomatlarını qətlə yetirmək istəyirdilər. O zaman anladım ki, biz bu təhdid qarşısında necə aciz qala bilərik”.

Daha sonra Metyu Brayza səfirliyin müdafiəsinin təşkili barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan təhlükəsizlik orqanları səfirliyin əməkdaşları və ABŞ-la əməkdaşlıq etməklə təhlükələri sovuşdurmağa nail olublar. Bu əməkdaşlıq yerli hökumətlərin xarici diplomatik nümayəndəliklərin müdafiəsi ilə bağlı Cenevrə Konvensiyası çərçivəsində həyata keçirilib: “Lakin Liviyada təhlükəsizlik qüvvələri Kris Stivensi və onun əməkdaşlarını qorumaq üçün lazımı tədbirləri görməyiblər”.

Sabiq səfir Metyu Brayza ABŞ-ın səfirliklərin təhlükəsizlik məsələsində Dövlət Departamentində mövcud olan bürokratik sistemə də toxunub: “Müəyyən bir anda xəbər aldım ki, büdcə məsələlərinə görə Dövlət Departamenti səfirliyimizin təhlükəsizliyi üçün ayrılan vəsaiti azaltmaq niyyətindədir. Mən dərhal səfirliyin təhlükəsizlik rəhbərinə bu barədə dedim və bunun qarşısını almaq üçün tədbirlər görməyə çalışdım. Narazılığımı bildirdikdən sonra məsələ həll olundu, amma təxminən iki həftə ərzində diplomatlar və onların ailəsi təhlükə ilə üz-üzə qaldılar”.

 “ABŞ-ın hər bir yüksək rütbəli rəsmisi razılaşır ki, diplomatik nümayəndəliyin işçilərin təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Lakin Vaşinqtona qayıtdıqdan sonra gözləyirdim ki, rəsmilər öz səhvlərini anlayarlar. Lakin başa düşdüm ki, dövlət ayrılmış vəsaitin çoxunu Bağdad və Kabildə yerləşən səfirliklərin təhlükəsizliyi üçün sərf edir. Vəsaitlərin azalması çox böyük problemlərə gətirib çıxara bilər. 2001-ci ildə Federal Kəşfiyyat Bürosundan bir noutbuk oğurlanıb. O zaman Dövlət Departamenti informasiya müdafiəsi üçün külli miqdarda pullar ayırıb. Maraqlısı odur ki, Dövlət Departamentinin bunun üçün pulu var, amma bu informasiyanı yaradan və ötürən insanların təhlükəsizliyi üçün isə vəsait tapa bilmir. Bundan sonra atılacaq bu cür addımlar səfir Kristofer Stivensin və digər öldürülən diplomatların xatirəsinə hörmətsizlik olar”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında