Azərbaycan Respublikası Prokurorluğunun nümayəndə heyəti Beynəlxalq Forumda ermənilərə layiqli cavab vermişdir

Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti İstanbulda keçirilmiş Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə üzrə Prokurorların 15-ci Beynəlxalq Forumunda iştirak etmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti İstanbulda keçirilmiş Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə üzrə Prokurorların 15-ci Beynəlxalq Forumunda iştirak etmişdir. 

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, baş prokurorun müavini Namiq Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinə baş prokurorun köməkçisi Elşən Albəndov və beynəlxalq əlaqələr idarəsinin beynəlxalq hüquqi əməkdaşlıq və protokol xidmətinin rəhbəri İsmayıl Qayıbov daxil idilər.

Dünyanın 26 ölkəsindən yüksək səviyyəli nümayəndə heyətinin  qatıldığı tədbir Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAİEX), Almaniyanın Saksoniya Torpağının Baş Prokurorluğu və Türkiyə Respublikası Ali Apellyasiya Məhkəməsinin Baş Prokurorluğu tərəfindən təşkil olunmuşdur.

Forumda beynəlxalq müstəvidə olan cinayətlərin təqibi, mütəşəkkil cinayətkarlığın təqibində texniki yardım, cənub-şərqdən Qərbi Avropaya siqaret qaçaqmalçılığı, Avropanın şərq və qərb marşrutları üzrə insan alveri, internet vasitəsilə qumar oyunları və idman oyunlarında dələduzluq elementləri mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Forum çərçivəsində keçirilmiş 4-cü sessiyada Ermənistanın baş prokurorunun müavini protokol qaydalarına zidd olaraq Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycan Respublikasına verilməsinin qeyri-legitimliyi barədə siyasi bəyanat səsləndirmişdir.

Bununla əlaqədar forum təşkilatçıları adından Saksoniya Torpağının Baş prokuroru Klaus Fleixmann çıxış edərək Ermənistan nümayəndəsinin tədbirin reqlamentini kobud şəkildə pozmaqla mövzuya aid olmayan siyasi məsələyə toxunduğunu və belə bir bəyanatla çıxış etməyin qətiyyən yolverilməz olduğunu xüsusi qeyd etmişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri N.Əsgərov Ermənistan tərəfinin qaldırdığı məsələnin tam əsassız olduğunu qeyd etmiş, Ramil Səfərovun Azərbaycana verilməsinin 1983-cü il tarixli “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının tələblərinə müvafiq həyata keçirildiyini, onun Azərbaycan Prezidenti tərəfindən ölkə Konstitusiyasının 109-cu maddəsinə əsasən, qüvvədə olan qanunvericiliyə və beynəlxalq normalara tam uyğun əfv edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

N.Əsgərov çıxışında, həmçinin Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirdiyini, bu siyasətin tərkib hissəsi kimi Azərbaycan torpaqlarının 20 faizdən çoxunun erməni silahlı birləşmələri tərəfindən işğal olunduğunu, bir milyondan çox insanın öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, minlərlə dinc və günahsız azərbaycanlının qətlə yetirildiyini, işğal faktının 20 ildən artıq müddətdə davam etdiyini, Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bu günədək icra olunmadığını xüsusi vurğulamışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında