“GUAM məkanında həlli uzanan münaqişələr və onların dünyada sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı qətnamə layihəsi razılaşdırılıb

Dublində GUAM Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası keçiriləcək

Dublində GUAM Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası keçiriləcək

GUAM-ın Kiyevdəki katibliyində qurumun Milli Əlaqələndiricilər Şurasının 26-cı iclası keçirilib. APA-nın GUAM-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə BMT-yə təqdim ediləcək “GUAM məkanında həlli uzanan münaqişələr və onların dünyada sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı qətnamə layihəsi razılaşdırılıb və “BMT ilə GUAM arasında əməkdaşlıq” haqqında qətnamə layihəsinin BMT Baş Assambleyasının cari sessiyasında qəbuluna nail olunması məsələsi müzakirə edilib.

İclasda ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Dublində keçiriləcək yığıncağı çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının 20-ci iclasının təşkili məsələsi də nəzərdən keçirilərək müvafiq sənəd layihələri razılaşdırılıb. 

Qeyd edək ki, “GUAM məkanında həlli uzanan münaqişələr və onların dünyada sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı qətnamə layihəsi son bir neçə ildə hər il BMT Baş Assambleyasının gündəminə gətirilir. Qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsi də əksini tapıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında