Avropa Birliyinin xüsusi nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil"

Filip Lefort: "Status-kvo qəbuledilməzdir"
"Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş" münaqişə deyil, barəsində "dondurulmuş" qərar olan bir münaqişədir və yenidən alovlanmaq təhlükəsi var. Avropa Birliyi ATƏT-in problemin həlli yönündə səylərini dəstəkləyir".
APA-nın xəbərinə görə, bu sözləri Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Filip Lefort Azərbaycan Diplomatik Akademiyasında çıxışında deyib. O bildirib ki, münaqişənin həlli üçün siyasi iradə və hər iki tərəfin kompromis istəyi mövcud olmalıdır: "Status-kvo qəbuledilməzdir. Bu məsələ üzrə irəliləyişə nail olmaq vacibdir".
F. Lefort dinləyicilərə AB-nin strukturu və fəaliyyəti, Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən münaqişədə AB-nin rolu, Avropada maliyyə böhranı ilə mübarizədə AB-nin göstərdiyi səylər haqqında məlumatlar verib.
F. Lefort AB-nin Cənubi Qafqazla bağlı maraqlarını 5 əsas maddə üzrə xarakterizə edib. Bunlardan birincisi bölgədə müharibə və silahlı münaqişələrə yol verilməməsidir: "Avropa Birliyinin təhlükəsizliyi üçün bölgədə sabitliyin və təhlükəsizliyin qorunması, bölgənin inkişafı çox önəmlidir". Digər maddələr enerji sahəsində əməkdaşlıq, Avropanın öz dəyərlərini bölgə ölkələri ilə bölüşməsi, təhlükəsizliyə olan təhdidlərə və terrorçuluğa qarşı birgə mübarizəni əhatə edib.
Qeyd edək ki, F. Lefort noyabrın 30-da Ermənistana yola düşəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında