Xarici işlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşmüşdür

Noyabrın 29-da xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirmişdir.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi regiona səfəri ilə bağlı mülahizələrini bölüşmüşdür.
Görüşdə bölgədə gedən proseslər ətrafında fikir mübadiləsi aparılmış, regional enerji layihələrindən bəhs olunmuş, Azərbaycanın Avropa üçün əhəmiyyəti vurğulanmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov bildirmişdir ki, Ermənistan ATƏT-in Minsk qrupunun təkliflərini qəbul edirsə Böyük Sülh Sazişini imzalamağa razılaşmalıdır. Nazir, həmçinin Filip Lefortun diqqətinə çatdırmışdır ki, Xocalı hava limanı işə salınacağı və uçuşlar həyata keçiriləcəyi təqdirdə sülh prosesinə ciddi zərbə vurulacaqdır. Bildirilmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də bu mövqedən çıxış edirlər. Qeyd edilmişdir ki, münaqişənin həlli üçün əsas problem Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərində mövcudluğudur.
Filip Lefort davamlı sülhün əldə olunması üçün iki icma arasında təmasların həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında