Mübariz QURBANLI: Müxalifət partiyalarının rəhbərliyində duran şəxslər dialoq sözünü qəsdən istismar edirlər

Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, bu gün Azərbaycanda dialoq mühiti mövcuddur və kimlərinsə kənardan dialoqa çağırış etməsi qəbuledilməzdir.
"Fransa, İngiltərə cəmiyyəti üçün dialoq sözü işlənirmi? İşlənmir. Çünki orada dialoq mühiti var. Dialoqa çağırışlar Somali, Eritreya, Konqo və digər bu kimi ölkələr üçün edilir. Orada vətəndaş qarşıdurması o dərəcədə dərinləşib ki, artıq silahdan istifadə edilir. Azərbaycan isə həm siyasi, həm iqtisadi, həm də sosial mənada azad, demokratik, stabil ölkədir. Belə bir ölkədə kənardan dialoqa çağırış sözü eşidəndə mən onu qəbul etmirəm", - bunu Trend-ə YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı demişdir.
Azərbaycanda siyasi partiyalar arasında əlaqələrə gəlincə, M.Qurbanlı bu əlaqələrin kifayət qədər yüksək olduğunu qeyd etmişdir:"Milli Məclisdə təmsil olunan partiyalar bir yerə yığışırlar, məsələləri müzakirə edirlər. Parlamentdən kənarda olan partiyalarla da biz müxtəlif məsələlər barədə həmişə bir araya gəlirik, söhbət edirik. Dialoq nədir? Dialoq odur ki, iki tərəf bir yerdə oturub söhbət edə bilir. Biz həmişə söhbət edirik, ona görə mən deyirəm dialoq mühiti var. Yeni Azərbaycan Partiyası isə bütövlükdə bu mühit içərisində istənilən qüvvə ilə əməkdaşlıq etməyə hazırdır".
Millət vəkili qeyd etmişdir ki, təəsüflər olsun ki, müxalifət partiyalarının rəhbərliyində duran şəxslər dialoq sözünü qəsdən istismar edirlər:"Onlara xeyir edir ki, ABŞ-da, İngiltərədə, Fransada - hardasa xaricdə desinlər ki, Azərbaycanda dialoq mühiti yoxdur və bu da Azərbaycana bir təzyiq kimi istifadə olunsun".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında