Azərbaycanın Ali Məhkəməsində Avropa Konvensiyasının müddəalarına riayət olunur

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex noyabrın 27-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşmüşlər.
Görüşdə Ramiz Rzayev qeyd etmişdir ki, Azərbaycanın məhkəmə sistemi Avropa məhkəmə sistemi olaraq fəaliyyət göstərir. Hakimliyə seçkilər mütərəqqi qaydalarla aparılır. Ali Məhkəmədə Avropa Konvensiyasının müddəalarına riayət olunur. Əsas insan amilidir. "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın yerinə yetirilməsi ilə əlaqədar konkret tədbirlər görülür.
Ali Məhkəmənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Monitorinq Komitəsi həmməruzəçilərinin hazırladıqları hesabatla bağlı geniş fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
Görüşün sonunda Ali Məhkəmənin sədri faydalı fikir mübadiləsinə görə Monitorinq Komitəsinin həmməruzəçilərinə təşəkkürünü bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında