Dövlətlərarası münasibətlər sistemində mühüm rol oynayan parlamentlər əlaqələrimizin inkişafına müsbət təsir göstərir

Noyabrın 27-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
O.Əsədov onun dəvətini qəbul edərək Bakıya səfər etdiyinə və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının (QİƏT PM) 40-cı iclasında Bolqarıstan nümayəndə heyətinin fəal iştirakına görə T.Tsaçevaya minnətdarlığını bildirmişdir.
QİƏT PM-in Bakıda keçirilən Baş Assambleyasının 40-cı plenar sessiyası barədə qonağa ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, müxtəlif beynəlxalq qurumlarda deputatlarımızın iştirakı və birgə fəaliyyəti münasibətlərimizin dərinləşməsi işinə xidmət edir.
Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın inkişafında yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayan O. Əsədov, ölkələrimiz arasında bu günədək 40-dan çox sənədin imzalandığını diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, dövlətlərarası münasibətlər sistemində mühüm rol oynayan parlamentlər əlaqələrimizin inkişafına öz müsbət təsirini göstərməkdədir. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyəti təqdirəlayiqdir. Bolqarıstan parlament sədrinin ölkəmizə bu səfəri qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsi baxımından da çox önəmlidir.
Görüşdə vurğulanmışdır ki, bu gün iqtisadi sahədə də əlaqələrimiz genişlənməkdədir. Neft və qaz sektorunda, turizm, nəqliyyat, mədəniyyət sahələrində münasibətlərimizi daha da dərinləşdirmək üçün geniş imkanlar vardır.
O.Əsədov Bolqarıstanın QİƏT PM-ə sədrliyi dövründə qurumun gələcək inkişafına layiqli töhfəsini verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Bolqarıstan parlamentinin sədri xanım Tsetska Tsaçeva ölkəmizə səfərindən, QİƏT PM-in Baş Assambleyasının plenar sessiyasında iştirakından məmnun qaldığını söyləmişdir.
Qonaq xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi vurğulamış, bu sahədə deputatların üzərinə böyük vəzifə düşdüyünü qeyd etmişdir. O, nüfuzlu beynəlxalq qurumlarda parlament nümayəndə heyətlərinin iştirakını yüksək dəyərləndirmişdir. Bildirilmişdir ki, siyasi dialoqun davam etdirilməsi həyatın digər sahələrində də əlaqələrimizin inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında