Pakistan parlamentinin hər iki palatası Xocalı faciəsini Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı kimi tanımışdır

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Pakistan İslam Respublikası Parlamentinin komitə sədri, İslami Cəmiyət Ulema-e-İslam Partiyasının sədri Maulana Fazl-ur-Rahman noyabrın 26-da Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə Pakistan arasındakı dostluq münasibətlərinin qədim tarixi kökləri vardır. Əminəm ki, bu cür qarşılıqlı səfərlər əlaqələrimizin hərtərəfli inkişafına təkan verəcəkdir.
Bildirilmişdir ki, Pakistan-Azərbaycan münasibətləri artıq ümumi tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir və bu işdə dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Prezidentlərin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, aparılmış danışıqlar əməkdaşlığımızın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Hökumətlərarası komissiya, eləcə də parlamentlərimiz yaranmış imkandan istifadə edərək əlaqələri daha da möhkəmləndirməlidirlər. Çox yaxşı haldır ki, bu gün hər iki ölkənin parlamentində dostluq qrupları vardır və bu qruplar çox məhsuldar işləyirlər. Deputatlarımız beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq edir, bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər. Biz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi məsələsində bunun şahidi olmuşuq.
Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Pakistan xalqına və rəhbərliyinə minnətdarlıq etmişdir. Milli Məclisin sədri demişdir ki, Pakistan yeganə dövlətdir ki, işğalçı Ermənistanı rəsmi olaraq tanımır. Eyni zamanda, Pakistan Xocalı faciəsini soyqırımı aktı kimi tanıyan ilk dövlətdir. Biz bunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, bu mövqe dəyişməyəcəkdir.
Maulana Fazl-ur-Rahman Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə nümayəndə heyəti adından minnətdarlıq etmişdir. O demişdir ki, Pakistan qardaş və dost Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Pakistan xalqı azərbaycanlıların problemlərini yaxşı başa düşür və ona görə də qarşılaşdığı problem həll olunmayana qədər işğalçı Ermənistanla heç bir əlaqə qurmayacaqdır.
Qonaq onu da bildirmişdir ki, Pakistan parlamentinin hər iki palatası Xocalı faciəsini Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı kimi tanımışdır.
Sonra görüşdə Azərbaycan ilə Pakistan arasında iqtisadiyyat, ticarət, hərbi və informasiya-kommunikasiyası sahələrində əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında