Əli ƏHMƏDOV: "Ermənistan yenilənmiş Madrid prinsiplərinə cəbhə xəttində təxribatlar törətməklə cavab verir"

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov son vaxtlar ermənilər tərəfindən cəbhə xəttində atəşkəsin mütəmadi pozulması hallarına münasibət bildirərkən demişdir ki, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən hazırlanaraq tərəflərə təqdim olunmuş yenilənmiş Madrid prinsiplərinə cəbhə xəttində təxribatlar törətməklə cavab verir.
Ə.Əhmədov qeyd etmişdir ki, işğalçı dövlət Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesində mövqelərinin zəifləməsinə müvafiq olaraq cəbhə xəttində təxribat törədir. Atəşkəsin pozulması Ermənistanın növbəti dəfə münaqişənin sülh yolu ilə həllinə mane olmaq cəhdinin göstəricisi sayıla bilər.
YAP sədrinin müavini bildirmişdir ki, Ermənistanın danışıqlarda arqumentlərinin tükənməsi, torpaqların azad edilməsi zərurətinin beynəlxalq təşkilatlar tərəfindən dərk edilməsi düşməni təxribata əl atmağa vadar edir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında