Əli HƏSƏNOV: "Belə bir tədbirin keçirilməsi Azərbaycan və Rusiya prezidentlərinin siyasi fəaliyyətinin nəticəsidir"

Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət" II Beynəlxalq Gənclər Forumunun keçirilməsi müsbət haldır. "Trend"-in məlumatına görə, bunu forumda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, belə bir tədbirin keçirilməsi Azərbaycan və Rusiya prezidentlərinin siyasi fəaliyyətinin nəticəsidir. PA rəsmisi Azərbaycanda gənclər üçün bütün şəraitin yaradıldığını qeyd edib.
Əli Həsənov ümummilli lider Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinə xüsusi önəm verdiyini qeyd edərək deyib ki, 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərə yeni impuls verdi. Onun sözlərinə görə, bu gün Azərbaycanla Rusiya arasında münasibətlər açıqdır, qarşılıqlı anlaşma şəraitindədir. "Siyasi, mədəni və bir çox sahələrdə bu əlaqələr inkişaf edir", - Əli Həsənov deyib.
Qeyd edək ki, Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət" II Beynəlxalq Gənclər Forumu Azərbaycan və Rusiyanın dövlət himnlərinin oxunması ilə başlayıb. Tədbiri gənclər və idman naziri Azad Rəhimov açaraq deyib ki, ikinci dəfədir, Azərbaycanda keçirilən forumun məqsədi Qafqazda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənc nəslin dinc və davamlı inkişafında, münaqişələrin həllində, məlumatın əldə edilməsində və ötürülməsində məsuliyyətin artırılmasıdır.
Daha sonra tədbirdə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin forum iştirakçılarına müraciəti oxunub.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin çıxışında Azərbaycanla Rusiyanın 70 il bir ölkənin tərkibində yaşadığını vurğulayıb. "İndi bu ölkələr müstəqildir, hər birinin öz geosiyasi maraqları var. Rusiya Azərbaycana bir dövlət kimi xüsusi önəm verir. Burada orta və yaşlı təbəqənin rolu böyükdür. Sevindirici haldır ki, gənclər də bu əlaqələrə dəstək verirlər. Azərbaycan Rusiya üçün regiondakı problemlərin həll olunmasında ən əsas tərəfdaşdır", - deyə səfir əlavə edib.
Forum zamanı panel müzakirələrin aparılması, həmçinin Bakıda tanışlıq məqsədi ilə gəzintilərin və Naxçıvan Muxtar Respublikasına səfərin təşkil edilməsi planlaşdırılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında