Azərbaycanın xarici işlər naziri Almaniyaya rəsmi səfərə gedəcəkdir

İyunun 28-dən 30-dək Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Almaniya Federativ Respublikasına (AFR) rəsmi səfəri nəzərdə tutulmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində iyunun 29-da E.Məmmədyarovun AFR-in xarici işlər naziri Guido Vestervelle, "Körber Stiftung" Fondunda AFR Bundestaqının deputatları, elmi fondların rəhbərləri və iş adamları, AFR Kansler Aparatında kanslerin xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoygen ilə görüşləri və Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətində çıxışı planlaşdırılır.
Görüşlərdə ikitərəfli, regional və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında