İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırımı aktı kimi tanımışdır

Xəbər verdiyimiz kimi, noyabrın 15-17-də Cibutidə İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 39-cu sessiyası keçirilmişdir. 
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbuldakı baş qərargahından AzərTAc-a bildirmişlər ki, forumun fəaliyyətləri ilə bağlı qurumun təqdim etdiyi qətnamə layihəsi İƏT XİNŞ tərəfindən həmin sessiyada qəbul edilmişdir. Beləliklə, İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanımışdır.
DƏ-İKGF-nin nümayəndə heyətinin başçısı kimi sessiyada iştirak edən Cibutiyə ezam olunmuş Elməddin Mehdiyev bildirmişdir ki, forum tərəfindən təqdim edilən qətnamə layihəsində qurumun gördüyü işlər arasında DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayından həyata keçirilən "Xocalıya ədalət" kampaniyasına dair xüsusi bənd ayrılmışdır. Bu bəndə əsasən, İƏT XİNŞ üzvü olan ölkələri və İƏT-in qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə çağırmışdır.
E.Mehdiyev, həmçinin bildirmişdir ki, İƏT XİNŞ DƏ-İKGF tərəfindən həyata keçirilən "Dünyanı dəyişə biləcək 10 gənc müsəlman" beynəlxalq mükafat layihəsini alqışlamış və üzv dövlətləri bu sahədə DƏ-İKGF ilə əməkdaşlıq etməyə çağırmışdır. Bu beynəlxalq mükafat layihəsinə 2011-ci ilin noyabrında Bakıda DƏ-İKGF-nin və Azərbaycan hökumətinin birgə təşkil etdikləri İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) təsisedici konfransında start verilmiş və 2013-cü ildə Bakıda ilk mükafatlandırma mərasiminin beynəlxalq səviyyədə təşkil edilməsi qərarlaşdırılmışdır.
Bundan əlavə, qəbul olunmuş qətnaməyə əsasən, İƏT XİNŞ forumun təşəbbüsünə cavab olaraq, quruma üzv təşkilatların, o cümlədən Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının uğurlarına və müsbət təcrübəsinə əsaslanaraq gənclərin fəaliyyətlərinin əlaqələndirilməsi məqsədi ilə Yaxın Şərq və Şimali Afrika bölgələrində milli gənclər şuralarının yaradılmasını DƏ-İKGF-yə həvalə etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında