Biləv-Behrud-Parağa avtomobil yolu yenidən qurulmuşdur

Noyabrın 19-da əsaslı şəkildə yenidən qurulan Biləv-Behrud-Parağa avtomobil yolu istifadəyə verilmişdir.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Biləv-Behrud-Parağa avtomobil yolunun açılışı münasibətilə kənd sakinlərini təbrik edərək demişdir ki, bu yoldan 2300-ə yaxın əhali istifadə edəcəkdir. 
Yol, ilk növbədə, rahatlıq, iqtisadiyyat və mədəniyyətdir. Yeni yolun və sosial obyektlərin tikintisi bu yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaqdır. Çətin relyefə malik olan bu kəndlərdə yeni yolun çəkilməsi dövlətimizin iqtisadi gücünün və insanların sosial-rifah halının yaxşılaşması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlərin göstəricisidir.
Açılışı bildirən lenti kəsən Ali Məclisin sədri yolun texniki göstəriciləri ilə maraqlanmışdır.
Bildirilmişdir ki, son illər muxtar respublikanın yol-nəqliyyat infrastrukturunda əsaslı dəyişikliklər baş vermiş, beynəlxalq əhəmiyyətli magistrallar tamamilə yenidən qurulmuş, müasir kənd yolları çəkilmişdir. Ordubad rayonunun 3 kəndini birləşdirən bu yol uzun illər təmir işləri aparılmadığından istismara yararsız vəziyyətə düşmüşdü. Bu ilin aprel ayından etibarən uzunluğu 7,7 kilometr olan Biləv-Behrud-Parağa avtomobil yolunda tikinti işlərinə başlanılmışdır. Tikinti işləri zamanı əvvəllər xeyli darısqal olan 4 metrlik yol yatağı genişləndirilərək 7,2 metrə çatdırılmış, yolun çətin dağlıq ərazilərdən keçən hissələrində 300 metr istinad divarları tikilmiş, dərələrdən keçən hissələrdə 7 selötürücü qurğu, 30 su keçidi qoyulmuş, yol kənarları boyu 420 metr hasar çəkilmiş, yol üzərindəki 2 körpü əsaslı təmir olunmuşdur. Yola yüksək keyfiyyətli asfalt örtük salınmış, avtomobillərin ikizolaqlı hərəkəti təmin edilmişdir. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaqdır. Çətin dağlıq ərazidən keçən bu yoldan Biləv, Behrud və Parağa kəndlərinin sakinləri ilin bütün fəsillərində rahat və təhlükəsiz istifadə edə biləcəklər. Həmçinin bu yol geniş turizm potensialı olan bu kəndlərdə dağ və ekoturizmin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında