Azərbaycan Uruqvaya nota vermişdir

Azərbaycanın Argentinadakı səfirliyi (eyni zamanda, Uruqvayda akkreditə olunmuşdur - red.) Uruqvayın Xarici İşlər Nazirliyinə etiraz notası göndərmişdir. 
Azərbaycanın Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Uruqvay Nümayəndələr Palatasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə getməsi ilə bağlı verilmiş notada bu səfərin qeyri-qanuni olduğu vurğulanmışdır. Etiraz notasında uruqvaylı deputatların səfər çərçivəsində keçirdikləri görüşlərin və açıqlamaların Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik olduğu qeyd edilmişdir.
Həmçinin vurğulanmışdır ki, məsuliyyətsizlik və etinasızlıq nümayiş etdirən bu qanunsuz səfər münaqişənin sülh yolu ilə həlli prosesinə xələl gətirir.
Notada bildirilmişdir ki, səfərdən əvvəl Azərbaycanın səfiri ilə Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Orriko arasında keçirilmiş görüşdə sədr Azərbaycan diplomatını regiona səfəri zamanı Azərbaycanın işğal altındakı ərazilərinə getməyəcəyini bəyan etmişdir.
Səfirlik bir daha Uruqvay tərəfinə xatırlatmışdır ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal olunmuş, bir milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bundan əlavə, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün tarixi və mədəni abidələr məhv edilmişdir.
BMT-nin Təhlükəsizlik Şurası 822, 853, 874, 884 saylı, təşkilatın Baş Məclisi isə 62/243 saylı qətnamələrlə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəkləmiş, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasını tələb etmişdir. Bu mövqe bir sıra beynəlxalq və regional təşkilatların, o cümlədən ATƏT, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Qoşulmama Hərəkatının qəbul etdikləri çoxsaylı qətnamə və sənədlərdə də öz əksini tapmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan səfirliyi Uruqvayın Xarici İşlər Nazirliyindən baş vermiş insidentin araşdırılmasını və məsələyə münasibət bildirilməsini xahiş etmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında