Almaniyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaqdır

Hessen Sülh və Münaqişələrin Tədqiqi Fondu Almaniyada "Dağlıq Qarabağ ətrafında sülhə nail olma prosesi: münaqişənin aradan qaldırılmasında ədalət məsələsinin rolu" mövzusunda beynəlxalq konfrans keçirəcəkdir. 
AzərTAc Azərbaycan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir ki, konfrans noyabrın 23-dən 27-dək Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) sponsorluğu ilə Frankfurt-Mayn yaxınlığındakı Arnoldshayn Yevangeliya Akademiyasında keçiriləcəkdir.
Tədbirdə 40-dan çox tanınmış siyasətçi, ekspert, tarixçi, alim və s. iştirak edəcəkdir.
İndiyədək siyasi və elmi diskussiyalarda kifayət qədər əks olunmamış məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət faktorunun rolu məsələsi tematik prioritet təşkil edəcəkdir. Konfransın məqsədi bu ədalət anlayışları və tələblərini kontragentlərin şüuruna çatdıra biləcək şərtləri təhlil etməkdir. Yalnız o zaman kompromis əldə edilər və münaqişənin dinc yolla nizama salınmasına kömək göstərilər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh əldə edilməsi prosesində ədalət faktoru barədə alman mütəxəssislərin giriş məruzələrindən sonra Azərbaycan və Ermənistan alimlərinin çıxışları olacaqdır. Onlar bu məsələdə münaqişə edən tərəflərin mövqelərinə tənqidi münasibətlərini bildirəcəklər.
Bununla yanaşı, konfrans çərçivəsində hər iki ölkənin hökumət və parlamentlərinin nümayəndələri arasında diskussiya keçirilməsi planlaşdırılır. Diskussiyanın mövzusu ilk növbədə münaqişənin nizama salınmasına dair müxtəlif fikirlər və təkliflər olacaqdır. Bundan başqa, Almaniya və Rusiya mütəxəssisləri vəziyyətə təsirin regional və beynəlmiləl faktorları haqqında məruzələr edəcəklər.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında