Azərbaycanın daxili işlər naziri Pakistanda nazirlər səviyyəsində narkotiklərlə mübarizə üzrə regional konfransda iştirak etmişdir

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pakistan İslam Respublikasının Prezidentinin təşəbbüsü ilə noyabrın 12-13-də İslamabad şəhərində keçirilmiş nazirlər səviyyəsində narkotiklərlə mübarizə üzrə regional konfransda iştirak etmişdir.
Konfransda Pakistan, Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Çin, Hindistan, Rusiya, Mərkəzi Asiya ölkələrinin daxili işlər nazirləri, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparan müvafiq qurumların rəhbərləri və təmsilçiləri iştirak etmişlər.
Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, tədbirdə çıxış edən daxili işlər naziri Ramil Usubov ölkəmizdə narkotiklərin qaçaqmalçılığı ilə aparılan mübarizə və bu sahədə əldə edilmiş nailiyyətlər haqqında məlumat vermişdir.
Nazir narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün bütün region ölkələrinin əməkdaşlıq etmələrinin və koordinasiya olunmuş tədbirlər planın hazırlanmasının zəruriliyini ön plana çəkmişdir.
Səfər çərçivəsində general-polkovnik Ramil Usubov Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə görüşmüşdür. İki qardaş ölkə arasında əlaqələrin bütün istiqamətlərdə dinamik inkişaf etdiyini bildirən Pakistanın dövlət başçısı ölkəsinin Azərbaycanı bütün məsələlərdə tam dəstəklədiyini vurğulamışdır.
Prezident Asif Əli Zərdari ölkələrarası siyasi münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayaraq, iqtisadi əlaqələrin də inkişafının vacibliyini qeyd etmişdir.
Daha sonra Azərbaycanın daxili işlər naziri Ramil Usubov Pakistanın daxili işlər naziri Rəhman Malik ilə görüşmüşdür.
Görüşdə mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, həmçinin iki nazirlik arasında işçi qruplarının yaradılması, məlumat və təcrübə mübadiləsinin intensivləşdirilməsi, qarşılıqlı maraq kəsb edən bu kimi digər məsələlər müzakirə edilmişdir.
Ramil Usubov pakistanlı həmkarını Azərbaycana səfərə dəvət etmişdir.
Səfər zamanı general-polkovnik Ramil Usubov, həmçinin Pakistanın xarici işlər naziri Hina Rabbani Xar, Türkiyənin daxili işlər naziri İdris Naim Şahin, İranın daxili işlər naziri Mustafa Mohammad Naccar, Əfqanıstanın narkotiklərlə mübarizə naziri Zurar Ahmad Maqbul ilə görüşlər keçirmişdir.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında