Azərbaycan Uruqvaya nota vermək niyyətindədir

Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev noyabrın 14-də Uruqvay nümayəndə heyətinin Dağlıq Qarabağa səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında demişdir. 
Bildirilmişdir ki, Azərbaycanın işğal altında olan ərazilərinə səfər heç nəyi dəyişmir. Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Səfərin təxribat xarakteri daşıdığını deyən E.Abdullayev, bunu maliyyələşdirən dairələrin regionda sülh prosesinə zərbə vurmaq niyyətində olduqlarını qeyd etmişdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar həssas nöqtədədir və Ermənistan bu cür addımlarla vaxt qazanmaq niyyətindədir. Bəzi parlamentarilər erməni diasporunun maliyyəsi hesabına onların əlində alətə çevrilmişdir.
E.Abdullayev vurğulamışdır ki, bütün bunlara baxmayaraq, rəsmi İrəvan da bilir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir və bunun üçün bütün imkanlara sahibdir.
Sonda mətbuat xidmətinin rəhbəri diqqətə çatdırmışdır ki, səfərilə bağlı araşdırmalar davam edir və Azərbaycan tərəfi məsələyə aydınlıq gətirmək üçün qarşı tərəfə nota vermək niyyətindədir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında