AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşmüşdür

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Jan-Klod Minyon noyabrın 13-də Monitorinq Komitəsinin yığıncağı ilə bağlı Parisdə səfərdə olan Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşmüşdür.  
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında fikir mübadiləsi aparılmışdır. Jan-Klod Minyon münaqişənin tezliklə sülh yolu ilə həllini tapacağına ümidvar olduğunu bildirmiş, ATƏT-in Minsk qrupunun bu istiqamətdə səylərini dəstəklədiyini, AŞPA-nın qrupa hərtərəfli kömək etməyə hazır olduğunu söyləmişdir.
Sədr və nümayəndə heyətlərinin rəhbərləri münaqişənin həlli istiqamətində belə görüşlərin mühüm rolunu vurğulamışlar.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında