Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın genişləndirilməsində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanmışdır

Noyabrın 7-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə mətbuat, jurnalistika və kibertəhlükəsizlik məsələləri, eləcə də ATƏT-in təşkilat kimi gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Xanım Dunya Miyatoviç ATƏT-in Azərbaycan ilə əməkdaşlığını yüksək qiymətləndirmişdir.
Nazir Elmar Məmmədyarov Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın genişləndirilməsinin və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında