Əli HƏSƏNOV: Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır

Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır. Bu sahəyə yönəldilən vəsait, xüsusən də dövlətimizin başçısı İlham Əliyevin internetin inkişafına və ölkədə daha geniş coğrafiyanı əhatə etməsinə göstərdiyi diqqət informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırır.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunda jurnalistlərə müsahibəsində demişdir.
Əli Həsənov bildirmişdir ki, internet ölkəmizin həm siyasi, həm ictimai, həm də vətəndaşların ümumi həyatına elə daxil olub ki, artıq bundan sonra Azərbaycanı internetsiz təsəvvür etmək mümkünsüzdür.
Beynəlxalq İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsi də ölkəmizdə bu sahənin inkişafını daha da sürətləndirəcəkdir. Azərbaycan gələn il süni peykini buraxmaq istiqamətində fəaliyyət göstərir. İnternet provayderlərinin sayının gündən-günə artması, süni peykimizin buraxılması gələcəkdə sektoru daha da gücləndirəcək və bu da digər sahələrdə olduğu kimi, Azərbaycanı dünyanın qabaqcıl ölkələrindən birinə çevirəcəkdir.
Prezidenti Administrasiyasının rəsmisi qeyd etmişdir ki, dünyada internetdən həm faydalı, həm də ziyanlı məqsədlər üçün istifadə edilir. İnternetdən terrorçuluq məqsədi ilə istifadə olunması bütün dünyanı narahat edən problemdir. Azərbaycan internet terrorçuluğuna qarşı mübarizədə qabaqcıl təcrübəni bölüşür, ABŞ və dünyanın inkişaf etmiş digər ölkələri ilə sıx əməkdaşlıq edir.
Əli Həsənov demişdir ki, Azərbaycanda informasiya resurslarının qorunması ilə bağlı xüsusi proqram hazırlanmış və struktur yaradılmışdır. Bu proqrama əsasən intensiv tədbirlər görülür.
Azərbaycanda internetin qismən azad olduğu haqda yayılan informasiyanın reallığı əks etdirmədiyini bildirən Əli Həsənov demişdir ki, bu cür informasiyalar əsassızdır. Azərbaycanda azad internet mövcuddur və hazırda əhalinin 60 faizdən çox bu xidmətdən bəhrələnir. Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, internet fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında