TürkPA qarşısına qoyduğu məqsədlərə nail olacaqdır

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov noyabrın 5-də Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) hüquq komissiyasının 2-ci iclasının iştirakçıları ilə görüşmüşdür.  
Ziyafət Əsgərov demişdir ki, TürkPA 2008-ci ildə fəaliyyətə başlayandan sonra bir sıra mühüm tədbirlər - konfrans, seminar və iclaslar keçirmiş, səmərəli işlər görmüşdür. Qurumun hüquq komissiyasının ikinci iclası da mühüm qərarların qəbul olunması ilə yadda qalmışdır. Bu iclasda təşkilata üzv ölkələrdə parlamentlərin reqlamentləri, deputatların səlahiyyətləri, qanunvericilik sahəsində əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunmuşdur. Düşünürük ki, komissiyanın iclasında qəbul olunan qərarlar təşkilata üzv ölkələr arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəkdir.
Bildirilmişdir ki, bu gün TürkPA-ya üzv olan ölkələrin beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etməsi mühüm əhəmiyyətə malikdir. Türk dünyasının güclənməsi üçün bizim birləşməyə ehtiyacımız var və bu gün bir sıra ölkələr TürkPA-ya üzv olmaq, bu qurumun işində müşahidəçi qismində iştirak etmək istəyirlər. Əminik ki, TürkPA-nın üzvləri gələcəkdə daha da artacaqdır.
TürkPA-nın hüquq komissiyasının sədri Haluk İpək diqqətə çatdırmışdır ki, bu cür tədbirlər üzv ölkələr arasında əlaqələrin inkişafında, qanunvericilik sahəsində əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Komissiyanın birinci iclasında TürkPA-ya üzv ölkələrin konstitusiyaları müzakirə olunmuş, hər bir üzv ölkənin Ana Qanunu digər dillərə tərcümə olunaraq ayrıca kitab halında nəşr etdirilmişdir. Bu təşəbbüs qardaş ölkələrin bir-birilərini daha yaxından tanımasına xidmət edir. Qeyd olunmuşdur ki, bizi ümumi dəyərlər birləşdirir və TürkPA-ya üzv ölkələrin hüquq sistemlərinin bir-birinə uyğunlaşdırılması da ümumi işin xeyrinədir.
Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız respublikaları parlamentlərinin deputatları və TürkPA katibliyinin əməkdaşları iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında