Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyanın X iclası çərçivəsində aparılan müzakirələr ikitərəfli münasibətlərimizin möhkəmləndiyinin göstəricisidir

Milli Məclisin sədri Oqtay Əsədov noyabrın 3-də Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini və Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyanın həmsədri Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, O.Əsədov müstəqil Azərbaycanın Rusiya ilə həyatın bütün sahələrində əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, parlamentlər səviyyəsində münasibətlərimizin daha da dərinləşməsi ölkələrimizin və xalqlarımızın ümumi mənafeyinə xidmət edir. Müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir.
Sədr Milli Məclis ilə Rusiya Federasiyası Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın X iclasının yekunlarını yüksək dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, komissiyada tərəfləri maraqlandıran bütün məsələlər geniş müzakirə olunmuş, açıq danışıqlar aparılmışdır. Hər iki tərəfdən Komissiyaya parlament sədrlərinin müavinləri səviyyəsində rəhbərlik edilməsi ölkələrimizin bu məsələyə necə böyük əhəmiyyət verdiyinin göstəricisidir. Komissiyanın işinin məhsuldar, qarşılıqlı etimad şəraitində keçməsi münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir. Milli Məclisin sədri komissiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Rusiya tərəfdən komissiyanın sədri Svetlana Orlova Azərbaycana səfərindən, burada keçirdiyi görüşlərdən və Parlamentlərarası Komissiyanın X iclasının yekunlarından məmnun qaldığını söyləmişdir. Bildirilmişdir ki, Komissiya çərçivəsində aparılan müzakirələr münasibətlərimizin siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə günbəgün möhkəmləndiyinin göstəricisi olmuşdur.
Svetlana Orlova əlaqələrimizin dərinləşməsində parlamentlərin mühüm rol oynadığını vurğulamışdır. O, ümidvar olduğunu bildirmişdir ki, gələcəkdə Parlamentlərarası Komissiyanın iclaslarında səmərəli müzakirələr aparılacaq və əhəmiyyətli qərarlar qəbul olunacaqdır.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunmuşdur.
Görüşdə Milli Məclis sədrinin müavini, Rusiya ilə Parlamentlərarası Komissiyanın həmsədri Valeh Ələsgərov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, eləcə də Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və digər rəsmi şəxslər iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında