Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi qeyd olunmuşdur

Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) 20 illik yubileyi qeyd olunmuşdur. AzərTAc xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər. 
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. YAP-ın 20 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş olunmuşdur. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək bildirmişdir ki, YAP yarandığı vaxtdan bu günədək zəngin və şərəfli yol keçmiş, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləmişdir.
Toplantıda çıxış edən YAP sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir ki, bu gün dinamik inkişaf edən Azərbaycanın qazandığı nailiyyətlərdə bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri vardır. Böyük, şərəfli yol keçmiş YAP tarixin onun üzərinə qoyduğu missiyanın yerinə yetirilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Azərbaycanın əldə etdiyi bütün uğurlar, yüksək nailiyyətlər ümummilli lider Heydər Əliyevin yaratdığı YAP-ın fəaliyyəti ilə bilavasitə bağlıdır. YAP-ın hakimiyyətdə olduğu illər ərzində Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, cəmiyyətin bütün sahələrində əhəmiyyətli dəyişikliklər olmuş, hər bir vətəndaşımızın həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə edilmişdir. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin müasirləşməsi, daha da inkişafı istiqamətində atılan addımlarda partiyamızın üzvləri fəal şəkildə iştirak edirlər. Bu gün YAP üzvlərinin sayı 600 minə çatmışdır. Bu rəqəm təkcə statistikanın göstəricisi deyildir. Bu həm də onu göstərir ki, yarım milyondan çox insan Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasi kursuna sadiqdirlər. Biz əminik ki, bundan sonra da partiyamızın böyük uğurlar qazanacaqdır. Üzvlərimiz gələn il keçiriləcək prezident seçkilərində yenə də YAP-ın sədri İlham Əliyevin namizədliyini müdafiə edəcəklər.
Daha sonra Milli Məclisin deputatı Fəttah Heydərov, YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov, partiyanın gənclər təşkilatının üzvü Tünzalə Muradova çıxış etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, yarandığı zamandan YAP cəmiyyətdə sülh, əmin-amanlıq və demokratiya, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, geniş demokratik islahatların həyata keçirilməsi uğrunda çıxış etmək kimi qarşısına məqsədlər qoymuşdur. Bildirilmişdir ki, milli müstəqilliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi və demokratik islahatların aparılması yolunda mövcud uğurlar Yeni Azərbaycan Partiyasının fəaliyyətinin bəhrəsidir.
Tədbirin sonunda YAP sıralarına yeni qoşulmuş gənclərə partiya vəsiqələri təqdim olunmuş, bir qrup fəal partiya üzvünə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında