Qonşuluq siyasətinin və mədəniyyətlərarası dialoqun inkişafında Azərbaycanın rolu böyükdür

Azərbaycanda səfərdə olan Avropa Şurası Baş katibinin müavini xanım Qabriela Battaini-Draqoni oktyabrın 30-da Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov xanım Qabriela Battaini-Draqonini bu vəzifəyə seçilməsi münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, Azərbaycanın bu təşkilatdakı nümayəndə heyəti Prezident İlham Əliyevin başçılığı ilə fəaliyyətə başlamışdı. Bu gün Azərbaycan Andora və Avstriyadan sonra bu təşkilata rəhbərlik etməyə hazırlaşır.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti həmişə fəal olmuş, öz mövqeyini, ölkəmizin problemlərini bu təşkilatdakı həmkarlarının diqqətinə çatdırmış və bundan sonra da çatdıracaqdır. Azərbaycan Avropa Şurasının yeganə üzvüdür ki, onun 20 faiz torpağı işğal altındadır və 1 milyon vətəndaşı yurd-yuvasından didərgin düşmüşdür. Təəssüf ki, bu beynəlxalq təşkilatın bəzi strukturları və bəzi nümayəndələri ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirirlər. Dağlıq Qarabağ münaqişəsi artıq təkcə Azərbaycanın yox, həm də Avropa Şurasının problemidir və bu təşkilatın imicinə mənfi təsir göstərir.
Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnamə hər iki tərəfin uğurudur.
Qabriela Battaini-Draqoni yenidən Azərbaycana gəlməsindən və hər səfərində burada cəmiyyətin bütün sahələrində inkişafın şahidi olmasından məmnunluğunu ifadə etmişdir. Qonaq Azərbaycanın qonşuluq siyasətinin və mədəniyyətlərarası dialoqun inkişafındakı rolunu xüsusi vurğulamışdır.
Söhbət zamanı Avropa Şurasında Azərbaycan ilə bağlı fəaliyyət planının qəbul edilməsinin vacibliyi vurğulanmış və ölkəmizdə Avropa Şurasının Bakı Ofisi ilə həyata keçirilən layihələrin əhəmiyyətindən danışılmışdır.
Görüşdə parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Əli Hüseynli, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Fazil Mustafa çıxış edərək qonağa yeni vəzifəsində uğurlar arzuladılar.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında