Naxçıvanda Türkiyə Respublikasının Cümhuriyyət bayramı münasibətilə rəsmi qəbul təşkil edilmişdir

Türkiyə Respublikasının yaradılmasının 89-cu ildönümü-Cümhuriyyət bayramı münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı baş konsulluğu tərəfindən "Duzdağ" otelinin tədbirlər zalında rəsmi qəbul təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.
Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Cenk Ünal ötən əsrin əvvəllərində qəhrəman türk millətinin istiqlal uğrunda mübarizəsindən, Türkiyə Respublikasının bugünkü inkişaf və tərəqqi yolundan danışmışdır. Qeyd olunmuşdur ki, Osmanlı dövlətinin süqutundan sonra Mustafa Kamal Atatürkün rəhbərliyi və türk xalqının iradəsi ilə həyata keçirilən azadlıq mübarizəsi öz bəhrəsini vermiş, müstəqil, demokratik, hüquqi və dünyəvi bir dövlət yaradılmışdır.
Baş konsul Türkiyə Respublikasının böyük inkişaf yolu keçdiyini bildirərək demişdir ki, tarixdə yaşadıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan xalqları hər zaman bir-birinin yanında olmuş, istiqlal savaşında türk xalqı ilə bərabər azərbaycanlılar da iştirak etmiş, qəhrəmanlıqlar göstərmişlər. Qarşılıqlı inam və etibar, strateji müttəfiqlik bu gün Türkiyə-Azərbaycan münasibətlərinin ruhunu təşkil edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı iqtisadi layihələrlə daha da dərinləşən əlaqələr indi dünya birliyində nümunə kimi qəbul olunur.
Öz kökünü xalqlarımızın qədim tarixindən götürən bu münasibətlərin inkişafına "türk qapısı" adlandırılan Naxçıvan da öz layiqli töhfəsini verir. Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındakı qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan baş konsul bu münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir ki, bu gün Türkiyə ilə Azərbaycan dünyada yeganə ölkələrdir ki, onları iqtisadi və siyasi maraqlardan daha çox soykökü, milli və ortaq dəyərlər birləşdirir. Ölkələrimiz arasında sıx dostluq və qardaşlıq əlaqələri mövcuddur. Əsası iki qüdrətli şəxsiyyət - Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Türkiyə əlaqələri bu gün bir nümunə gücündədir.
"Əlaqələrin genişlənməsinin bir səbəbi də hər iki xalqın və dövlətin tam müstəqil olması, müstəqil siyasət yeritməsidir", - deyən Ali Məclisin sədri Türkiyənin müstəqillik bayramı - Respublika elan edilməsi münasibətilə tədbir iştirakçılarını, Türkiyə xalqını təbrik etmiş, qardaş ölkəyə daimi inkişaf və tərəqqi arzulamışdır.
Tədbir Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında