Bakıda Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülhün və təhlükəsizliyin təmin edilməsində rolu məsələsi müzakirə olunmuşdur

Oktyabrın 19-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülhün və təhlükəsizliyin təmin edilməsində rolu" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 
Konfransı açan Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov tədbirin əhəmiyyəti haqqında danışmışdır.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirmişdir ki, bu beynəlxalq tədbir Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20-ci il dönümündə regional sülh və təhlükəsizliyin təmini üçün möhkəm bünövrənin formalaşmasına töhfə verilməsi ilə bağlı müzakirələrin aparılması baxımından əhəmiyyətlidir.
Dövlət katibi Hillari Klintonun Bakıya səfəri zamanı dediyi "ABŞ və Azərbaycan arasındakı əlaqələr dərin, vacib və davamlıdır" sözlərini xatırladan Elnur Aslanov qeyd etmişdir ki, Birləşmiş Ştatlar rəsmiləri tez-tez ABŞ-ın Azərbaycanda üç əsas istiqamətdə marağının olduğunu söyləyirlər: enerji layihələrində əməkdaşlıq, təhlükəsizlik məsələləri və siyasi-iqtisadi islahatlar. Şöbə müdiri demişdir: "Həqiqətən də bunlar önəmli məsələlərdir və ölkələrimiz artıq bu sahələrdə mühüm nailiyyətlər əldə etmişlər. Amerikalı dostlarımızın güclü dəstəyi olmasaydı, regional enerji layihələrinin həyata keçirilməsi qeyri-mümkün olardı. Azərbaycanın dəstəyi olmasaydı, ABŞ-ın qlobal terrorizmə və radikalizmə qarşı apardığı mübarizə hazırkı səmərəni verməzdi. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakı ABŞ-ın daha çox fəallıq nümayiş etdirməsini görmək istəyir".
"Zəngin enerji ehtiyatlarına, nadir geosiyasi, geostrateji və geoiqtisadi mövqeyə malik Azərbaycan öz potensialı ilə ABŞ-ın regiondakı maraqlarının reallaşmasına cavab verir", - deyən Elnur Aslanov bildirmişdir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqe problemin həllinə maneə yaratmaqla yanaşı, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərin davam etməsinə, eləcə də mövcud status-kvonun qorunub saxlanmasına xidmət edir.
Şöbə müdiri ölkəmizin beynəlxalq sülhməramlı əməliyyatlarda fəal iştirakını diqqətə çatdıraraq vurğulamışdır ki, Azərbaycan hərbçiləri amerikalı həmkarları ilə Kosovo, İraq, Əfqanıstanda çiyin-çiyinə dayanaraq beynəlxalq sülh və təhlükəsizliyin keşiyində durmuşlar. Elnur Aslanov beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstana yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini də xüsusi vurğulamışdır.
ABŞ-ın Azərbaycandakı səfirinin müavini Adam Sterlinq demişdir ki, hər iki ölkənin regional və qlobal təhlükəsizlik sahələrində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişlənmişdir. Bu əməkdaşlıq artıq regional sərhədləri aşmış və qlobal əhəmiyyət kəsb edir. Müntəzəm olaraq keçirilən ABŞ-Azərbaycan təhlükəsizlik dialoqu bu sahədə əməkdaşlığı daha da gücləndirmişdir.
Azərbaycanın Əfqanıstanda beynəlxalq təhlükəsizlik səylərinin dəstəklənməsi üzrə təşəbbüslərə verdiyi töhfələrin Vaşinqtonda yüksək qiymətləndirildiyini deyən A.Sterlinq BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsinin ölkəmizin dünyada artan nüfuzunun göstəricisi olduğunu diqqətə çatdırmışdır.
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov ölkəmizin ABŞ-ın ən vacib müttəfiqlərindən biri olduğunu demişdir. Bildirilmişdir ki, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən regional sabitlik, demokratiyanın inkişafı, insan haqları, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi, təhsil proqramlarının mübadiləsi üzrə əməkdaşlıq daha da genişlənir.
Beynəlxalq konfrans "Regional təhlükəsizlik dilemması: çağırışlar və perspektivlər" və "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: çıxılmaz vəziyyətdən çıxış yolları" mövzuları ətrafında müzakirələrlə davam etmişdir.
Müzakirələrdə iştirak edən Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov demişdir ki, Azərbaycan hər zaman regional təhlükəsizliyin təmin olunmasında və ABŞ-ın bu məsələyə yanaşmasında konstruktivlik nümayiş etdirmişdir. Azərbaycan öz milli maraqlarına uyğun olaraq, bir sıra aktual fəaliyyət istiqamətləri üzrə ABŞ-ın yaxın tərəfdaşı, antiterror koalisiyasında fəal müttəfiqlərindən biridir. Çünki terrorizm Azərbaycanın da milli təhlükəsizlik mənafelərinə qarşı yönəlmiş təhdiddir və ölkəmiz dəfələrlə Ermənistanın terror aktlarına məruz qalmışdır. Azərbaycan, eyni zamanda, ABŞ-ın yaxın müttəfiqlərindən olan Türkiyənin, Gürcüstanın, İsrailin və digər dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Çapman Universitetinin Qlobal Təhsil Mərkəzinin direktoru Jeyms Koyl, Ankara Universitetinin Avropa Araşdırmalar Mərkəzinin rəhbəri Cağrı Ərhan Azərbaycanın regionda təkcə ABŞ üçün deyil, Avropa üçün də çox vacib ölkə olduğunu, regional və qlobal təhlükəsizliyin təmin edilməsində respublikamızın mühüm rol oynadığını bildirmişlər. Dağlıq Qarabağ münaqişəsinin regional sülhə təhdid yaratdığını söyləyən natiqlər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün ABŞ-ın, eləcə Avropa dövlətlərinin səylərini daha da artırmasının vacibliyini vurğulamışlar.
Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor, Yaxın Şərq Texniki Universitetinin nümayəndəsi Oqtay Tanrısevər müasir, dünyəvi dövlət olan Azərbaycanın Qərbə uğurla inteqrasiya etdiyini, zəngin neft-qaz ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verdiyini bildirmişlər.
Natiqlər Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalmasına və bir milyondan çox azərbaycanlının Ermənistanın etnik təmizləmə siyasətinin qurbanına çevrilməsinə dünya ictimaiyyətinin göz yummasının yolverilməz olduğunu vurğulamışlar.
Sonda suallar cavablandırılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında