Ceymstaun Fondunun eksperti: ABŞ Prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi nümayəndə təyin etməlidir

"ATƏT-in Minsk Qrupu öz lazımsızlığını göstərdi, əgər indiki kimi fəaliyyət göstərəcəksə, o heç kimə lazım deyil". 
APA-nın məlumatına görə, bu fikirləri Ceymstaun Fondunun nümayəndəsi Vladimir Sokor Bakıda keçirilən Azərbaycan-ABŞ münasibətlərinə həsr olunmuş konfransda deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunda islahatlar aparılmalı, ABŞ bu müstəvidə Rusiya ilə müqayisədə daha aktiv rol oynamalıdır.
"Hesab edirəm ki, ABŞ Prezidentinin yüksək səviyyəli xüsusi elçi təyin etməsi çox effektiv olardı. Dnestryanı münaqişənin nizamlanmasında iştirak edən Almaniyanın təcrübəsindən istifadə də faydalı olardı. Azərbaycan Qərbə doğru inteqrasiya götürüb və bununla əlaqədar Rusiya və İran tərəfindən risklərlə üzləşib".
Ekspert bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın Azərbaycan siyasətinin əsas prioritetləri sırasına daxil edilməyib və münaqişənin nizamlanması üçün bu vəziyyəti dəyişmək lazımdır: "ABŞ etnik təmizləmələrin qarşısını almaq üçün Kosovo, Bosniya, hətta Xorvatiyada əməliyyatlar keçirib, lakin Dağlıq Qarabağa münasibətdə belə addım atmayıb. Bunu etməməsinin səbəbi Rusiyanı və güclü erməni lobbisini qıcıqlandırmamaqdır. ATƏT-in Minsk Qrupunda balans yaratmaq üçün ABŞ Prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin təyin olunması vacibdir. Rusiya ATƏT-in Minsk Qrupunda ermənilərin Azərbaycan torpaqlarına iddialarının qarantı rolunda çıxış edir".
Vladimir Sokor Xankəndi aeroportunun istismara verilməsini Ermənistanın növbəti təxribatı kimi dəyərləndirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında