İtaliya parlamentinə uydurma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi daxil olub

İtaliya parlamentinə uydurma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi daxil olub.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, layihədə 24 aprelin İtaliyada rəsmi olaraq uydurma "erməni soyqırımı" qurbanlarının xatirə günü kimi qeyd olunması əksini tapıb.
Bu barədə Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşdə İtaliya-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri, xanım Sandra Dzampa bildirib.
O, erməni xalqının Avropa, xüsusən İtaliya mədəniyyətinə, elminə, iqtisadiyyatına və digər sahələrə verdiyi töhfələri qeyd edib.
"İndi Avropa sizin uzun illər verdiyiniz töhfələrin əvəzini qaytarmalı, dövlətinizin inkişafına dəstək olmalıdır", - deyə S.Dzampa vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında