Əli HƏSƏNOV: "Bu, anti-Azərbaycan qüvvələrinin yaydığı yalan bəyanatlardır"

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir neçə Türkiyə mediasında Kürdüstan Fəhlə Partiyasına (PKK) yardım edən ölkələr sırasında guya Azərbaycanın da olması məsələsinə münasibət bildirmişdir. 
Administrasiya rəsmisi AzNews.az-a açıqlamasında demişdir ki, Azərbaycan PKK-ya qarşı mübarizədə daim Türkiyənin yanında olduğunu bəyan etmişdir.
Bu məsələ ilə bağlı müvafiq bəyanat da qəbul edilmiş və parlament buna qiymət vermişdir: "Əlbəttə bu, anti-Azərbaycan qüvvələrinin bilavasitə yaydığı yalan bəyanatlardır. Hamı yaxşı bilir ki, Türkiyə və Azərbaycan kimi qardaş ölkələri bir-birinə qarşı qoymağa çalışan qüvvələr mövcuddur.
Bu qüvvələr isə Türkiyədə fəaliyyət göstərən erməni lobbisindən qaynaqlanır. Bildiyiniz kimi, türk adı ilə fəaliyyət göstərən kifayət qədər erməni lobbi təşkilatları var. Bu cür məlumatlar da məhz həmin təşkilatların fantaziyasının məhsuludur və məqsədyönlü şəkildə ortaya atılıb".
Əli Həsənov həmçinin qeyd etmişdir ki, bu cür məlumatların Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində gündəmə gətirilməsi də müəyyən məqsədlər daşıyır: "Amma bu kimi məlumatların yayılması Türkiyə-Azərbaycan dostluğuna xələl gətirə bilməz. Bu cür informasiyalar tamamilə yalandır və Azərbaycan hakimiyyəti də bu məlumatları təkzib edir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında