AŞPA-da azərbaycanlı deputatın yeni sənədi

Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında gördüyü əsas işlərdən biri həm ölkəmiz, həm də bütövlükdə Assambleya üçün maraq kəsb edən məsələlər barədə sənədlər hazırlamaqdır.
Azərbaycanın Avropa Şurasında həqiqi üzv kimi fəaliyyət göstərdiyi 10 il ərzində deputatlarımız bu quruma 100-dən artıq sənəd təqdim etmişlər. Bu baxımdan yay sessiyası da istisna olmamışdır. R.Hüseynovun tələb olunan miqdarda imzaları topladığı və Assambleyanın katibliyinin sessiya günlərində nəşr etmək üçün qəbul etdiyi sənəd tövsiyə üçün təklifdir. "Sovet siyasi repressiyaları insanlıq əleyhinə cinayət kimi" adlanan bu sənədə 30-a yaxın deputat həmfikir çıxaraq imza atmışdır.
Bu mövzunun Avropa Şurası tərəfindən araşdırılması zəruriyyəti əvvəllər bir neçə dəfə Assambleya kürsüsündən səsləndirilsə də, konkret addım atılmamışdı. AŞPA-da həmin problemlə bağlı əsas fikirlərdən biri bundan ibarətdir ki, sovet dövründə siyasi motivlərlə baş vermiş kütləvi həbs və sürgünlər yalnız keçmişin hadisəsi deyil, həmin faciənin detalları ilə tədqiq olunması tarixin mühüm dərslərindən biri kimi gələcək üçün də əhəmiyyət daşıyır.
Rafael Hüseynovun yeni sənədində göstərilir: "Sovet rejiminin mövcud olduğu 74 illik müddətdə bu imperiyanın nəzarətindəki, ruslar da daxil olmaqla, bütün xalqlar ardıcıl və sistemli şəkildə qanlı repressiyalara məruz qalmışlar. 1920, 1933-1938 və 1948-1949-cu illərdəki repressiyalar bütövlükdə SSRİ-nin İkinci Dünya müharibəsindəki itkilərindən də böyük olmuş və 30 milyondan artıq insanın həyatına son qoymuşdur. Lakin müharibədən fərqli olaraq bu insanlar təsadüfi kütləviliklə və fərq qoyulmadan deyil, dövlət tərəfindən müəyyənləşdirilmiş xüsusi prinsiplər əsasında, fərdi qaydada ən yaxşıları seçmək şərti ilə məhv edilmişlər. Görkəmli elm, mədəniyyət, hərb, dövlət xadimlərinin müxtəlif nəsillərinin ardıcıl olaraq yox edilməsi ilə onlarca xalqın genefondu ciddi şəkildə zədələnmiş, intellektual inkişafı deformasiyaya uğramışdır. Siyasi repressiyaları müşayiət edən deportasiyalar həmin proseslərin fəsadlarını daha da artırmış, SSRİ-yə daxil olan bir sıra xalqların assimilyasiyasına, parçalanmasına, vətənsiz qalmasına, bu günə qədər də həmin faciələrin metastazlarından xilas ola bilməməsinə gətirib çıxarmışdır.
Kommunist rejiminin mahiyyəti ilə biavasitə bağlı olan sovet siyasi repressiyası qurbanlarının hamısına formal olaraq bəraət verilsə, günahsız yerə həbs olunduqları və güllələndikləri rəsmən etiraf edilsə də, indiyədək onların əksəriyyətinin aqibəti haqqında həqiqətlər ictimaiyyət üçün əlçatmazdır.
İnsanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər qəbilindən olan sovet siyasi repressiyalarına aid arxivlərin heç də hamısı indiyədək tam açılmamış, problem kompleks halda öyrənilməmiş, beynəlxalq səviyyədə siyasi qiymətini almamışdır.
Bütün bunları nəzərə alaraq və əvvəllər qəbul edilmiş 1096 nömrəli (1996) "Keçmiş totalitar kommunist rejimlərinin mirasının aradan qaldırılması tədbirləri", 1481 nömrəli (2006) "Totalitar kommunist rejimlərin beynəlxalq səviyyədə ittiham edilməsi haqqında" qətnamələrin müddəlarını əsas götürərək Assambleya məsələnin hərtərəfli araşdırılması üçün ayrıca məruzəçinin təyin edilməsini məqsədəuyğun hesab edir".
AŞPA-nın qaydalarına müvafiq olaraq bu sənəd əvvəlcə büroda baxılacaq və onun sonrakı irəliləyişi haqqında qərar qəbul ediləcəkdir. Növbəti mərhələdə isə müvafiq komitə mövzu üzrə məruzəçini təyin edəcəkdir. Assambleyanın ənənəsinə görə, adətən məruzəni hazırlamaq tövsiyə üçün təklifin müəllifinə həvalə edilir.
Beləliklə, sovet siyasi repressiyalarının qurbanları haqda bir sıra sanballı əsərləri qələmə almış deputat Rafael Hüseynovun bu mövzu ilə bağlı növbəti ciddi araşdırması AŞPA çərçivəsində gerçəkləşəcəkdir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında