Türkiyə-Suriya gərginliyi son həddə çatır

"İHA" agentliyinin verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Necdət Özəl Quru Qoşunları komandanı, general Hayri Kıvrıkoğlu ilə birlikdə Türkiyə və Suriya sərhədinə gələrək, vəziyyətlə yerindəcə tanış olublar. Bundan başqa, genarallar Türkiyənin digər sərhəd regionlarında da yoxlamalar aparıblar. Necdət Özəl Şanlıurfanın Ağcaqala rayonunu ziyarət edərkən buradan Suriyaya xəbərdarlıq mesajı da gönərib. O, "Biz buradayıq, ayaq üstəyik. Qarşılıq verdik, əgər yenidən cavab versələr, əvvəlkindən də kəskin qarşılıq verəcəyik", - deyə bildirib.
Bu arada, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədi atası ilə müqayisə edib. O bildirib ki, Əsəd 30 mindən çox insanı öldürərək atasının rekordunu təzələməyə çalışır. Bu sözləri Baş nazir İstanbulda keçirilən 28-ci İSEDAK Nazirlərin Zirvə Toplantısında çıxışı zamanı deyib: "Hafiz Əsəd Suriyada iğtişaşlar başlayanda təkcə Hama və Homs şəhərində 30 min insanı öldürüb. İndi oğlu Əsəd də atasının rekordunu qırmağa çalışır. Ölkəsini təyyarələrdən bombalayaraq, xalqını ölümə və səfalətə aparır. Hazırda qonşu ölkələrdə 250 minə yaxın suriyalı qaçqın var. 99 min nəfər mənim ölkəmə sığınıb və biz onları düşərgələrimizdə yerləşdirmişik. Bu rəqəmlər günbəgün artmaqdadır. 2,5 milyon insan öz ölkəsində evsiz qalıb. Şəhərlər, kəndlər yerlə-yeksan edilib. İslam mədəniyyətinin ən gözəl nümunələri, tarixi əsərlər məhv edilib. Bu ölkədə baş verənlər, təbii ki, bizə təsir edir. Lakin bizim əsla Suriyanın daxili işlərinə qarışmaq niyyətimiz yoxdur və Suriyadan heç bir xeyir güdmürük".
Ötən gün Suriya ordusunun 3 min əsgəri geniş miqyaslı əməliyyatlar keçirərək ölkənin ən böyük əyalətinin mərkəzi Homs şəhərini üsyançılardan təmizləyərək, tamamilə ələ keçirib. Belə bir şəraitdə üsyançılar adətən Hama şəhərinə qaçırdılar. Bu şəhər hazırda Suriya ordusunun əlində olduğundan, müxalifətçilər İdlib şəhərində sığınacaq tapıblar.
Qanlı əməliyyatlar nəticəsində hər gün yüzlərlə üsyançı məhv edilir. Hələb şəhərinin bəzi hissəsində onların müqaviməti müşahidə olunur. Yaxın vaxtlarda bu şəhərin tamamilə təmizlənməsi gözlənilir.
Məlumat üçün bildirək ki, Venesuelanın dövlət başçısı Uqo Çaves Suriyaya dəstəyini davam etdirəcəyini bildirib. Bu barədə ölkə prezidenti mətbuat konfransında çıxış edərək bəyan edib ki, Bəşər Əsəd haqlı olaraq prezident kürsüsündə əyləşib. Onun hakimiyyətinə qarşı mübarizə aparan müxaliflər isə terrorçulardan ibarətdir.
Xatırladaq ki, Venesuelada ötən həftə keçirilən prezident seçkilərində 54 faiz səs toplayaraq 14 illik iqtidarını davam etdirən Çaves Suriya hökuməti ilə əlaqələri kəsmək və ya dayandırmaq fikrində olmadığını bəyan etmiş, baş verən qarşıdurmada ABŞ-ı da günahlandırmışdır.

{nl}

Səadət RZAYEVA, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında